Əsas Səhifə / Xəbərlər

Azərbaycan MN :Əsir düşdüyü deyilən əsgərlə bağlı açıqlama

2-02-2017, 02:26

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən təxris olunub və hazırda hərbi xidmətdə deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]