Əsas Səhifə / Siyasət

İsveçrədən Əliyev-Sarkisyan görüşü ilə bağlı – AÇIQLAMA

19-12-2015, 20:24
İsveçrədən Əliyev-Sarkisyan görüşü ilə bağlı – AÇIQLAMA Xeberman.com TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla İsveçrə XİN rəhbəri Didye Burkhalter şənbə günü Berndə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşdən sonra çıxış edib.

“Bu gün iki dövlət başçısı arasında görüş zamanı federal müşavir Didye Burkhalter vurğulayıb ki, Dağlıq Qarabağa aid münaqişə yalnız ardıcıl danışıqlar prosesində nizamlana bilər”, - deyə, İsveçrə XİN-nin məlumatında bildirilir.

İsveçrə diplomatiyasının rəhbəri tərəfləri “dialoqu möhkəmləndirməyə və hər hansı zorakılıq və ya təxribat aktlarından imtina etməyə” çağırıb.

Onun sözlərinə görə, İsveçrə “görüşlər keçirərək və ekspertlər təqdim edərək, dialoqun inkişafı üzrə səyləri” dəstəkləməyə hazırdır.

Cənubi Qafqaz “İsveçrə üçün sülh siyasətinə aid məqamlarda prioritetlərdən biridir”, - deyə, Burkhalter xatırladıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]