Media

İsveçrə səfiri “APA Holding”də olub - FOTOLAR

10-09-2016, 21:00
İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Stadler "APA Holding”də olub.
 
APA-nın xəbərinə görə, səfir "APA Holding”in prezidenti Vüsalə Mahirqızı və Direktorlar Şurasının sədri Nurşən Quliyevlə görüşüb.
 
V.Mahirqızı bildirib ki, "APA Holding”in fəaliyyəti barədə ətraflı məlumat verib, şirkətə daxil olan qurumların Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, o cümlədən İsveçrə səfirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.
 
Öz növbəsində, F. Stadler Azərbaycana yeni səfir təyin edildiyini, iki ölkə arasında uzunmüddətli dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin daha da dərinləşməsinə çalışdığını vurğulayıb.
 
Səfir Azərbaycan mətbuatı, habelə "APA-Holding"lə daha yaxından əməkdaşlıq etmək istədiklərini bildirib, bu baxımdan müxtəlif birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.
 
Görüşdə Azərbaycan və İsveçrə arasında əlaqələr, medianın durumu, səfirliklə "APA-Holding" arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.  

 




Administratorla əlaqə

077 611-55-22

[email protected]