Əsas Səhifə / Xəbərlər

Energetika Nazirliyinin əməkdaşları “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim olunub

6-10-2016, 20:08

Energetika Nazirliyinin əməkdaşları  “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına  mükafatlar təqdim olunub

 Energetika Nazirliyindən Xeberman.com -a  verilən məlumata görə, energetika naziri Natiq Əliyev neftçi əməyini həmişə yüksək qiymətləndirən, neftçilərin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan prezidenti İlham Əliyevə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib.

 

Neft-qaz, neft emalı və neft-kimya sənayesinin hələ uzun illər Azərbaycan iqtisadiyyatında aparıcı mövqe tutacağını vurğulayan energetika naziri deyib ki, peşəkar neft sənayesi işçilərinin xidmətlərinə ölkəmizin gələcəkdə də ehtiyacı olacaq. Sonra N. Əliyev təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və  onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Təltif olunanlardan İqtisadiyyat, elm və innovasiya şöbəsinin müdiri Rafiq Əliyev və Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Anar İsmayılov aldıqları dövlət mükafatlarını  Energetika Nazirliyi kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirərək, Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarını vurğulayıblar.

Energetika Nazirliyinin əməkdaşları  “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına  mükafatlar təqdim olunub
Energetika Nazirliyinin əməkdaşları  “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına  mükafatlar təqdim olunub

Administratorla əlaqə

077 611-55-22

[email protected]