Əsas Səhifə / İdman

"Qəbələ" Avropa Liqasında iştirakını dayandırıb

10-12-2015, 21:17
"Qəbələ" Avropa Liqasında iştirakını dayandırıbAvropa Liqasındakı təmsilçilərimizdən biri olan "Qəbələ" qrup mərhələsində sonuncu oyununa çıxıb. "Qırmızı-qaralar" Bakıda Rusiyanın "Krasnodar" klubunu qəbul ediblər.

Roman Qriqorçukun yetirmələri üçün bu görüş formal xarakter daşıyırdı. "Qəbələ" qalib gəlməklə, ən yaxşı halda qrup üçüncüsü ola bilərdi. "Krasnodar" üçün isə qələbə qrup mərhələsini birinci pillədə başa vurmaq mənasında, vacib idi.

Ardıcıl 7 oyundu avrokuboklarda qələbə qazana bilməyən təmsilçimizin azarkeşləri önündə 3 xal əldə etmək arzusu bu dəfə də baş tutmayıb.

Qonaqlar vurduğu 3 qolla 3 xal qazanaraq qrup mərhələsini birinci sırada başa vurub.

Tarixində ilk dəfə bu mərhələdə iştirak edən "Qəbələ" isə qrupu sonuncu sırada bitirib.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr

C qrupu

“Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya) - 0:3
Qollar: Siqurdson, 25, Pereyra, 41, Vanderson, 75
Baş hakim: İştvan Kovaç
Bakı. 8-ci km qəsəbə stadionu

Administratorla əlaqə

077 611-55-22

[email protected]