İdman
"Qəbələ" ruslarla oyunda azarkeşləri yeməklə təmin edəcək
10-12-2015, 12:08

Xeberman.com xəbər verir ki, Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyununa gələcək azarkeşlər təmiz və keyfiyyətli qidalarla təmin ediləcək.
Bunun üçün "Başkənt" Restoran və Şirniyyat Evi səyyar satış xidməti təşkil edəcək. Stadiona gələcək bütün insanların yararlana bilməsi üçün məhsullar uyğun qiymətlərlə təqdim ediləcək. Satışa çıxarılacaq məhsulları əldə etmək üçün "Başkənt" Restoran və Şirniyyat evinin stadionun yemək/içmək bölməsində yerləşən səyyar satış nöqtəsinə yaxınlaşmaq tövsiyə olunur.