Əsas Səhifə / Siyasət

Milli Məclisin sədri Oqtay Əsədov Fransaya səfər edəcək

10-09-2016, 15:34

Milli Məclisin sədri Oqtay Əsədov Fransaya səfər edəcək

MM-dən Xeberman.com - a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir.

AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq. 

Səfər çərçivəsində Milli Məclis Sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 
Səfər sentyabrın 16-da başa çatacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]