Əsas Səhifə / Gündəm / Siyasət

Türkiyə ordusu Qarabağa girməyə hazırlaşır

28-11-2015, 13:03
Türkiyə ordusu Qarabağa girməyə hazırlaşır

Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra yaranan münaqişə yeni dövrə girməyə başlayıb.

Sonxeber.az xəbər verir ki, ATV.az Rusiya KİV-lərinə istinadən bildirir ki, artıq "Kommersant" qəzeti başda olmaqla, Rusiyanın nüfuzlu KİV-ləri Türkiyə ilə bağlı yeni iddialar yayıblar.
Belə ki, qəzetlərin yazdığına görə, Türkiyə geri çəkilmək yerinə, Rusiya ilə münasibətləri bir az da gərginləşdirmək istəyir. Türkiyənin Baş naziri Əhməd Davutoğlu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi üçün hər cür dəstəyi göstərəcəklərini deyib. Rusiya KİV-ləri də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya buna görə gəldiyini deyir.

Türkiyə tərəfinin Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər xeyli gərilib. Hər iki tərəfin dövlət başçıları bir-birlərinin ünvanına sərt sözlər səsləndirirlər. Rusiya prezidenti Vladimir Putinin Ərdoğandan təyyarənin vurulmasından sonra üzr gözləməsi açıqlamasının ardından Türkiyə prezidenti də sərt bəyanat səsləndirib. O, bildirib ki, üzr istəməli tərəf varsa o da Türkiyənin hava məkanını pozan tərəfdir. Ümumiyyətlə indiyədək münasibətləri xeyli yaxşı olan Ərdoğan və Putinin bundan sonra atacaqları addım xeyli maraq doğurur. Region üçün son dərəcə əhəmiyyətli olan iki dövlət başçısının bundan sonrakı siyasi manevrləri dünyada da böyük intizarla gözlənilir. Qərb Türkiyəni Rusiyanın regionda dominantlığına son qoya biləcək yeganə tərəf kimi görür. Görəsən Türkiyə bu yükü çiyninə götürə biləcəkmi? Daha doğrusu çiyninə götürməyə artıq başladığı bu ağır yükü çəkə biləcəkmi? Sualın cavabı hər kəs üçün maraqlıdır. Gözləyək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]