Dünya

"Türkiyə yeganə ölkədir ki..."

20-10-2015, 19:09
"Türkiyə yeganə ölkədir ki..."

Avropada Türkiyə kimi hərbi qüdrəti, döyüş texnikası, yaxşı ordusu olan çox az ölkə var.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Avropa Birliyindəki eks-naziri Volkan Bozkır çıxış edib.

Türkiyənin AB-yə üzvlük prosesindən danışan Bozkır ölkəsinin mühüm mövqeyə sahib olduğunu vurğulayıb:

"Avropada Türkiyə kimi hərbi qüdrəti, döyüş texnikası, yaxşı ordusu olan çox az ölkə var. Türkiyə Qərbin enerji sahəsində ehtiyaclarını təmin edəcək yeganə ölkədir. AB üçün yeni töhfə olar. Dünyada artıq azalmaqda olan neft ehtiyatlarının qalan hamısı bizim regionumuzdadır. Ən çox qaz ehtiyatlarına sahib ölkələr (Rusiya, İran, Türkmənistan, Qətər) hamısı bizim regionumuzda cəmləşib. Təbii ehtiyatların hamısının Qərbə nəqli Türkiyə üzərindən mümkündür".
axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]