Əsas Səhifə / Yazarlar

BƏHS ETMƏYİN 10 SİRRİ

10-07-2014, 18:15

Rəhman və rəhim olan Allahın adı ilə
Salam hörmətli oxucu.Bu qisa yazıda bəhs zamanı qələbə çalmağın bəzi sirlərini və yolunu qeyd edəcəyik. Allahın izni ilə faydalı olacaq.Mövzumuz təbii ki, elmi,əqidə və tarixi faktlara soykənən və bu qəbildən olan digər mövzulara aid olacaq.Elmi bəhs konkret fakt və hesablamalara aid olduğu təqdirdə yazdıqlarımız ona aid olmaz .Amma yazılanları bir əxlaqi keyfiyyət kimi insan özündə cəmləsə, həyatın bütün nöqtələrində. Bismillah.
1.Məlumatlı olmaq.
İlk öncə insan bəhs edəcəyi mövzuda məlumatlı olmalıdır. Məlumat əhatəli və ümumi olmağı daha yaxşıdır. İnsan gərək bilmədiyi bir mövzuda mubahisə etməsin.Əgər birdən belə bir hal baş versə ,bəhsin əvvəlində onu xüsusi olaraq qeyd etsin ki, “Mənim bu mövzuda məlumatım yoxdur” cümləsi və bu cümləyə oxşar cümlələrlə özünü sığortalasın.
2. Mütailə.
Məlumatlı olmaq üçün çox sayda kitab oxumaq, intelektual yarışlara baxmaq və alimlərin sesyazmalarını dinləmək lazımdır. Mütaliə nitq qabiliyyətinin yaxşılaşmasına eyni zamanda fəsahət və bəlağətin yaranmasına səbəb olur.
3. İlk zərbə.
Mühüm olan məsələlərdən digəri ilkin təəsuratdır. Əgər birinci mərhələdə rəqibə mənəvi olaraq qələbə çalsa artıq tam zəfər ona aid olar.İlkin mərhələ bəhsə başlamazdan əvvəlki hissəni əhatə edir.Bu zaman rəqibin gözlərinin içinə baxıb onu öz auranın təsirinə salmaq lazımdır.İlk əvvəl adını soruşmaq və əgər adının mənasını bilirsənsə,ona deyib sonda gözəl ad olduğunu qeyd etmək lazımdır. Bu həmlə səni rəqibin gözündə dahada məlumatlı olduğunu göstərməyə effektivdir.
4. Kəşfiyyat.
İlkin mərhələlədə müəyyən “açar” suallardan istifadə edib rəqibin danışığını və mövzu barədə elmini yoxlamaq lazımdır. Amma bunu rəqib qətiyyən hiss etməməlidir. Əks halda kəşfiyyatınız uğursuz olacaq.Bunun üçün elə suallar seçmək lazımdır ki, mövzu ilə əlaqəli olmasın ,həmçinin mövzudan da kənar olmasın.
5. Şərtləşmək.
Bəhsə başlamazdan əvvəl mövzuya uyğun və kəşfiiyatdan da əldə edilən nəticəyə əsasən şərtlər təyin etmək lazımdır. Sözü kəsməməy,mövzudan kənara çıxmamaq,dəlilsiz subut gətirməmək, cədələ yol verməmək və s. bu şərtlərdən sayıla bilər.
6. Dinləməyi bacarmaq.
Rəqibi dinləməy və hər sözünə dərhal reaksiya verməmək lazımdır. Rəqibi elə formada dinləmək lazımdır ki, O səni artıq məğlub etdiyini və onun sözlərin qarşısında cavab verə bilməyəcəyini düşünsün. Rəqib danışan zaman əgər hafizəniz güclüdürsə dediklərini yadda arxiv halında saxlayın ki, sonra cavabını verəsiz əks teqdirdə qələm ilə rəqibin fikrini yayındırmadan kiçik qeydlər edin. Unutmayın ki, tam maraq və diqqətiniz rəqibdə olmalıdır.
7. Tərif.
Rəqibi dinlədikdən sonra ona cavab verməzdən əvvəl rəqibi tərifləmək nitqinə görə təşəkkür etmək, bilmədiyi məlumatları ondan öyrəndiyini qeyd etmək (unutmayaq ki, həqiqət də belədir) və onun necə də məntiqli və ağıllı insan olduğunu, məntiqdən uzaq insanları isə qəti şəkildə pisləmək lazımdı.Bu əsnada məntiqli insanların xüsusiyyətini xatırlatmaq və məntiqsizlik və təəsübkeşliyin ancaq səfehlərə aid olduğunu gözəl nitqlə qeyd etmək lazımdır. Bundan sonra rəqibin sözləri məntiqə uyğundursa ona daha üstün məntiqlə cavab vermək və yenə məntiqə tabe olan kəsləri tərifləməy ,tabe olmayanları isə qınamaq lazımdır. Bu arada əsla rəqib sizin ona qələbə çalmaq istəyinizi hiss etməməlidir. Əgər rəqib hücum hiss etsə özünü müdafiə edəcək və nə desəniz nəticəsi olmayacaq.
8. Ədəb.
Bəhsin ən mühüm məsələlərindən biri, bəlkə də birincisi ədəb və əxlaqdır. Unutmayın ədəbsizə ədəblə, ədəbli insanı isə daha üstün ədəb nümaiş etdirməklə məğlub etmək olar.Mümkündür ki, rəqib sizin sözünüzü inadkarlıq ucbatından qəbul etməsin amma gözəl ədəb və əxlaqla onun zehnində xoş təsurat bağışlamaq lazımdır.Əgər buna nail olsanız artıq rəqibin nə vaxtsa qəbul edəcəyinə ehtimal var. Həm bəhs zamanı ətarfdakı insanları da nəzərə almaq lazımdır. Çünki onların tən yarısı sənin fikrini dəstəkləyir qalan yarısı isə rəqibin. Rəqib qəbul etməsə də gözəl ədəb və əxlaqla ətrafdakılara təsir etmək labüddür.Səmimiyyəti də əvvəldən sona qədər qorumaq lazımdır.
9. Xatırlatmaq.
Bəhs zamanı rəqib şərtləri pozduqda və ya hər hansı məntiqdən kənar fikir dedikdə onu yumşaq şəkildə xatırlatmaq və yenə tərif həmləsinə keçmək lazımdır.Bəhsi cədəl halına qətiyyən gətirmək lazım deyil. Cədəlin uşaq və səfehlərə aid olduğunu xatırlatmaq lazımdır.Bəhs cədəl formatına gəldikdə isə şərtləri kobud şəkildə pozduğunu və bəhsi dəyandırmaq lazımdır.
10. Son söz.
Əziz oxucu yuxarıda qeyd olunanlara gözəl şəkildə riayət edilsə bəhsdə qələbə sizinlədir. Amma unutmayaq ki , bəhs edəcəyiniz mövzunu ilk oncə özünüzlə bəhs edin və haqq olduğuna əmin olun.Daha sonra bəhsdə xeyirxah, gülərüz, mehribanlığı qoruyun. İnadkarlıq və təsubkeşlikdən uzaq olun.Deyilən sözu dərhal qəbul etməyəcəyiniz kimi inkar da etməyin.Rəqibi alçaltmaq, “sındırmaq” , xor baxmaq ,ələ salmaq və təhqir etmək olmaz. Unutmayaq ki, siz öz bildiyinizi necə doğru sayırsınısa rəqibdə o cür doğru sanır. Xudahafiz .Vəssəlam
Müəllif : Zaur Tahirsoy

Administratorla əlaqə

077 611-55-22

[email protected]