Əsas Səhifə / Media

Jam.az saytı Əkrəm Əylislini məhkəməyə verir

11-02-2014, 22:43


Dünən saytımızda Azərbaycanın tanınmış və eyni zamanda qalmaqallı yazıçılarından biri olan Əkrəm Əylisinin ölüm xəbəri haqqda məlumat yayılmışdı. Həmin xəbərin Facebook sosial şəbəkəsində yayıldığını və məlumatın nə qədər dəqiq olub-olmadığını da qeyd etmişdik. Bildirmişdik ki, məsələni araşdırırıq. Qısa müddət ərzində dəqiqləşdirməmizdən sonra məlum oldu ki, məlum həqiqəti əks etdirmir və bu məsələni də yazıya əlavə etdik.

Lakin bu gün Əkrəm Əylisli Publika.az saytına verdiyi açıqlamasında məlumatı təkzib etmək bir tərəfə, ağzına gələnləri haqqımızda deyib. Bizim Əkrəm Əylisli problemimiz olmadığı kimi, eyni zamanda, onunla hər hansı bir şəkildə hüsumətimiz də yoxdur. Hətta hörmətli yazıçının erməniləri müdafiə edən əsəri ortaya qoyanda belə, bu qalmaqala qarışmadıq. Hesab etdik ki, Əkrəm Əylisli yazıçıdır və onun istənilən bir mövzuda fikirlərini kitab halına salması normal bir cərəyandır.

Amma görünən odur ki, Əkrəm Əylisli təkcə erməniləri müdafiə edəcək qədər vicdanını itirməklə yanaşı, həm də tərbiyə problem yaşayır. Azərbaycanda böyüklərə sayğı hər zaman olub və olacaq, amma bunun da bir əndazəsinin olduğunu hamı bilir. Əgər böyük ağzının danışığını bilmirsə və tərbiyə problemi yaşayırsa, təbii ki, cavabı verilməlidir. O səbəbdən də, Əkrəm Əylisliyə buradan çatdırırıq ki, onun bizi məhkəməyə verməsinə gərək yoxdur, çünki biz onu etdiyi tərbiyəsiz çıxışına görə məhkəməyə verəcəyik. Qoy, qanun bu məsələni araşdırıb, kimin haqlı və ya haqsız olduğunu ortaya qoysun. Üstəlik, Əkrəm Əylisli işlətdiyi ifadələrə görə, qanun qarşısında cavab versin. Eyni zamanda, onun bizim haqqımızda dediyi fikirləri elə onun özünə aid hesab edirik. Qalanını isə məhkəmədə aydınlaşdıracağıq.
Jam.az
1

Administratorla əlaqə

077 611-55-22

[email protected]