Əsas Səhifə / Ölkə

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Səlim Müslümova

3-04-2014, 12:42

Yazıb sizə bildirirəm ki ,mən Çingiz Əliyevin, qəbuluna düşmək üçün dəfələrlə cəhd etsəm də lakin,bu bir nəticə vermədi. 4 ildir ki, bizi məskulaşmaq üçün müxtəlif təmirsiz binalara göndərirlər. Bu dəfə də Mərdəkan Müalicə Pansionatına. Bura da eyniylə digər yerlər kimi təmirsiz və tamamilə şəraitsizdi. Cənab Səlim Müslümova, demək istəyirəm ki,7 il Fizuli Ələkbərov bizi incidib, ümidim sizə idi ki, siz gələndən bizim problemlərimiz öz həllini tapacaq. Lakin, bu hec də düşündüyümüz kimi olmadı. Xahiş edirəm heç olmasa biz gəncləri Müharibə və Əmək Əlilləri üçün pansionat (Qocalar evinin) təmiri qurtarana kimi Gənc Əlillərin Əmək və İstirahət evinə müvəqqəti də olsa yerləşdirəsiniz. Ümid edirəm, bu məsələ nazirlik səviyyəsində sizin qərarınızla öz həllini tapacaq. Əks təqdirdə mən bu problemlə bağlı Cənab Prezident İlham Əliyevə müraciət ünvanlayacam.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 9. Hörmətlə
Fazil ismayilov Mobil 055-919-25-83

Administratorla əlaqə

077 611-55-22

[email protected]