Əsas Səhifə / Ölkə

Salyanda telefon pulları fırıldağı

17-03-2014, 20:36
Salyanda telefon pulları fırıldağı
Xalqxeber.Az xəbər verir ki, Salyan Telekommunikasiya qovşağının rəisi Faiq Nəcəfov özbaşına olaraq abunə haqlarını əlavə 35 qəpik də qaldırıb. Yəni bu gün Salyanda əhali telefon üçün 2, 85 azn , qeyri əhali isə 7,35 azn aylıq haqq ödəyir. Narazılıq edənlərə isə bildirilir ki guya yanvarın 1-dən Salyanda telefon istifadəçilərinə hansısa əlavə xidmət də göstərilir. Sən demə Faiq Nəcəfovun adını xidmət qoyduğu bu iş zəng vuranın telefonunun qeydə alınması imiş. Əvvəla bu xidmət Salyanda 5-10 ildir ki var və buna görə indiyədək heç bir əlavə ödəniş alınmayıb. Digər tərəfdən hansısa əlavə xidmətə qoşulmaq üçün abonentin ərizəsi və ya hansısa müraciəti olmalıdır. Azərbaycan Respublikası Rabitə və İformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytında dərc olunmuş pullu xidmətlər sırasında isə Faiq Nəcəfovun kəşf etdiyi xidmətin adı yoxdur.Nəzərə alsaq ki bu gün Salyan rayonunda 7200 telefon abunəçisi var , hər ay qanunsuz yolla telefon istifadəçılərindən 2520manat toplanıldığı məlum olur.Beləcə Salyan Telekommunikasiya qovşağında telefon istifadəçilərindən Tarif Şurasının qərarlarından kənar hansısa naməlum servisə görə özbaşına haqq tutulmaqda davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]