Ölkə

Cəlilabad TKQ rəhbəri Zaur Məmmədovu Rabitə Nazirliyi niyə qoruyur ?

27-08-2016, 01:21
Xeberman.com saytına Cəlilabad TKQ-nın rəhbəri  Zaur Məmmədov iş fəaliyyəti ilə bağlı şox şikayət daxil olub. Xeberman.com saytı olaraq həmin şikayət müaricəyyətini oxuyuclara təqdim edirik. 
Hörmətli redaksiya, Cəlilabad TKQ-nın rəhbəri  Zaur Məmmədovun rayon rabitəsini bərbad günə salması haqqında saysız hesabsız şikayətlərə baxmayaraq Rabitə Nazirliyi tərəfindən əhəmiyyət verilmir, əksinə onun bu hərəkətlərinə haqq qazandırılır. Keyfiyətsiz xidmət göstərməklə əhalidən ancaq pul yığan bu şəxs ölkə imicinə xələl gətirməkdən başqa bir işə yaramır.Dəfələrlə bu barədə Rabitə Nazirliyinə şikayət etsəmdə formal cavablar verilib. Evimə telefon çəkilməsi üçün ərizəmə cavab verilib ki, guya həmin ərazidə telefon xətti  olmadığından xətt çəkə bilməzlər halbu ki, 5 m aralıda olan qonşum ev telefonundan istifadə edir. Bu cavabı Rabitə Nazirliyi yerli rəhbər Zaur Məmmədovun əsassız və yalan məlumatından  verir.Görünən odur ki, Nazirlikdə aparılan "MTN əməliyyatı"dakı təmizləmə tam aparlmayıb və hansısa qüvvələr bizi ğz hökumətimizdən narazı salır.Yoxsa  bu qədər şikayətçisi olan TKQ-nın rəhbərini vəzifəsində saxlamaqla kimə lazımdır ?  
Sizdən xahiş edirəm bu məlumatı ictimailəşdirəsiniz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]