Əsas Səhifə / Layihə

Türkiyədə JAVA kursları 20 günə gəz, əylən, öyrən

11-04-2015, 22:04

Orta Doğu Teknik Universiteti, “Caspian” Human Resources və “ChipCenter IT Services & Solutions” MMC – nin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində 27 aprel – 15 may tarixi aralığında Java proqramlaşdırma dili haqqında təlim keçiriləcəkdir. Təlimdə Java proqram dilinin əsasları və digər geniş məlumatlar seminarlar şəklində iştirakçılara çatdırılacaqdır. Təlim Türkiyənin gənc və peşəkar mühəndisi Səlim Təmizər tərəfindən veriləcəkdir. (https://tr.linkedin.com/in/selimtemizer/tr)

Bundan əlavə təlimin yekunu olaraq iştirakçılara Orta Doğu Teknik Universitetinin rektorunun imzası ilə sertifikat veriləcəkdir. Bu sertifikat beynəlxalq aləmdə etibarlıdır.

Təlim ödənişlidir. Ödənişlərə aşağıdakı xidmətlər daxildir;

20 gün, cəmi 72 saatlıq Java dərsləri (ODTÜ),
Gediş-Gəliş Təyyarə Bileti,
Transfer,
Qalacaq yer (səhər yeməyi və axşam yeməyi daxil),
Qonaqlama və universitet arası nəqliyyat xidməti,
2 dəfə şəhər kənarı gəzinti.


Son müraciət tarixi: 23.04.2015 – saat 17:00.

Ətraflı məlumat üçün bizə aşağıda göstərilmiş əlaqə vasitələri ilə müraciət etməyiniz xahiş olunur.

Ünvan: AZURE BUSINESS CENTER, Nobel pr.i 15 (ChipCenter IT Services & Solutions)

N.Nərimanov rayonu 1936-cı məhəllə, Arif hacıyev küçəsi ev 16 mənzil 4. (“Caspian” Human Resources)

E-mail: [email protected], [email protected]

Telefon: (+994)55-8921500, (+994)70-4407010, (+994)12-5615112

Administratorla əlaqə

077 611-55-22

[email protected]