Əsas Səhifə / Gündəm

Cavid Qurbanovun 1 milyardlıq yalanı

28-01-2016, 01:12

ADY-nin ən böyük layihəsi ölkəyə cəmi 30-40 milyon qazandıracaq.

Azərbaycan hökuməti artıq neçə aydır ki, 2017-ci ildə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmir yolu marşrutu ilə böyük vəsaitlər qazanacağını təkrarlayır.

Cavid Qurbanovun simasınd ADY rəhbərliyi hesab edir ki, ildə bu marşrutla 30-35 mln ton yük keçəcək və hər tondan da $30 ölkənin gəliri olacaq, nəticədə $1 mlrd çıvarında tranzitdən gəlir götürmək mümkün olacaq.

Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Bu həqiqətənmi mümkündür yoxsa Cavid Qurbanovun qeyri-neft sektorundan büdcəyə böyük gəlirlər gözləyən dövlət rəhbərliyini aldatmaq cəhdidir?

Sonxeber.com-un məlumatına görə, məsələyə ən yaxşı rəyi ekspert İlham Şaban yazıb.

Görək ekspert Cavid Qurbanovun 1 milyard dollar qazanmaq istəyi barədə nə deyir:

"Yaxşı arzudur. Ancaq belə bir şey o zaman mümükün olardı ki, Çini Avropaya bağlayacaq alternativ marşrut olmasın. Bu gün Çin yükləri Avropaya d/y ilə həm TranSib ilə, həm də Qazaxıstan-Rusiya marşrutu ilə daşınır. Sonuncu 1000 km qısadır və 2014-cu ildən işə düşüb. Avropaya gəmi yolu ilə 2 marşrut var: həm Hind Okeanı üzərindən və cəmi 5 ay işləyən Şimal Buzlu Okean üzərindən (az həcmdə).

Şanxay - Roterdam gəmi daşımaları üzrə 1 tonun qiyməti $3 min-dir. Dəmir yolu ilə $7900-9000 (konteynerin tipinden asilidir).Qazaxıstana daxil olan qatar Gömrük İttifaqı ərazisinə daxil olur və bir də Brest sərhəd-keçid məntəqəsində AB-nə keçir və bununla da Avropada dayanmır. "İpək yolu" marşrutu ilə gələn qatar Aktauda bərəyə yüklənir. Xəzər dənizində hava şəraiti ilə əlaqədar "yaşıl işıq" rejiminə heç kəs qarantiya vermir. O cümlədən Qazaxıstan ərazisində yük qatarlarının dayanmadan hərəkəti üçün lazımi infrastruktur hələki yoxdur. Yüklər Azərbaycan, Gürcüstan, Türkiyə ərazisində gömrük-sərhəd nəzarətindən keçməlidirlər”.

Beləliklə, ekspertin dediklərinin elə bu hissəsini oxumaq bəs edir ki, Qurbanovun söylədiklərinin reallıq yox, boş xülya olduğunu anlayasan.

Ekspert deyir ki, Çin "İpək yolu" marşrutunu bəyənib, ancaq bu o demək deyil ki, özünün bütün yüklərini bu marşruta yönəldəcək.

"Çin Rusiya ilə Azərbaycan arasındakı marşrutda RƏQABƏT yaradıb bundan MAKSİMUM FAYDA götürmək niyyətindədir. Necə ki, Türkmənistan və digər Mərkəzi Asiya ölkələri nin qazını əvvəlcə onlara sərf edəcək qiymətə alıb sonradan əsas hədəf kimi QAZPROM qazına qarşı çevirdi və hazırda çoxşahəli mənbələrdən qaz alma siyasətinə görə QİYMƏTDƏ yaxşı DİSKONT əldə edir...O cümlədən də dəmir yolu siyasəti Pekin üçün uzaqgörən siyasət üzərində qurulur.

Realda "İpək Yolu" marşrutu ilə 10-15 mln ton yük daşına bilər. Azərbaycan isə tonuna 30 deyil, 20 dollar gəlir əldə edər. Yəni ildə 200-300 mln. Ancaq bu, dövlətin mənfəəti deyil ki? Bu paranı dövlət şirkətəri, onlarla əlaqəli N qədər özəl şirkətlər də qazanacaq. Nəticədə vergi şəklində BÜDCƏYƏ maksimum 30-40 milyon dollar vəsait çatsa, çox böyük uğur olar. Ona görə də NEFT FONDUNA 1 ildə birdən 19 milyard dollar mənfəət nefinin gəlməsi hara və 2005-ci ildən LAYİHƏSİ təsdiq edilmiş və SƏS-SORAĞI hazırda çox yerə yayılmış Azərbaycan BAM-nın gəliri hara? Neft həddən artıq bir NEMƏT idi, onun əvəzini bu ölkədə verəcək hansısa layihə hələ ortada yox!” – yazır ekspert.

Göründüyü kimi, Qurbanov ölkə rəhbərliyinə 1 milyard gəlir söz versə də, ortada vur-tut cəmi 30-40 milyon dollar pul var. O böyüklükdə dövlət şirkətinin rəhbərinin bu cür yalanlara əl atması isə onun özünü işləyən adam kimi göstərməsi, çalışdığı vəzifədə dövlətə faydalı olması cəhdlərindən başqa bir şey deyil.

Dövlət rəhbərliyinin özəlləşdirmə ilə bağlı çıxışlarından sonra rəhbəri olduğu qurumun satışa çıxarılacağından, işini itirəcəyindən qorxan Qurbanov əl-aya düşərək, keçmiş sovet təcrübəsini yadına salır, pripiska yolu ilə özünün əhəmiyyətli olduğunu göstərmək istəyir.

Bəs görək ekspert Qurbanovun bu iddialarını necə susdurur:

"Dəmir yolu ilə yükdaşımalar belə sərfəlidirsə, Azərbaycan Çin mallarının ən böyük istehlakçısıdır Qafqazda - indiyə qədər iş adamları, ən böyük firmalar niyə Çindən qatarla mal vurmurlar Bakıya: dəmir yolu da olub həmişə, bərə də!”.

Bəli cənab Qurbanov, indiyədək dəmir yolu da olub, bərə də. 1 milyard dollar qazanmaq barədə nağıllardan əl çəkib real işlə məşğul olmaq hər bir məmura, eləcə də sizə baş ucalığı gətirərdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]