Gündəm

Aslan İsmayılov nazir müavinini həbs etməyə çağırdı - Şok gəlişmə

14-10-2016, 01:20
"Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun müsahibəsini oxuduqda əvvəlcə yalnışlıq olduğunu düşündüm. 
Axtarıb həmin çıxışı onun öz dilindən dinlədim. Çıxış olaraq bütövlükdə çox maraqlıdır. Əvvəl işləyənlərin cinayətlərini açıq aşkar dilə gətirir”.

Politika.Az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov Feysbukda yazıb. 

Onun sözlərinə görə, sonrası necə olacaq deyə bilməz: "Mənim üçün çıxışın ən maraqlı yeri Cavid Qurbanovun "yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər” deməsidir. Yəni yol ayrıcının hər birində 27 min manat, təxminən qiyməti qədər yeyintiyə yol verilməsidir. 

Əgər ölkədə Baş Prokuror və Prokurorluq orqanları varsa dərhal cinayət işi qaldırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır. 
Axı, məhz prokurorluq orqanları 5-10 min manat yeyintiyə yol vermiş iş icraçıları haqqında dərhal cinayət işi açıb onları həbs edirlər. Burada isə söhbət milyon manatlardan gedir”.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin əvvəlki sədri Arif Əsgərov olub. O, hazırda nəqliyyat nazirinin müavinidir. C.Qurbanov vaxtilə mehriban olduğu, birgə yeyintilərdə iştirak etdiyi məmurları "vurmağa” başlayıb. 

A.İsmayılovun dedikləri ilə razılaşsaq, o halda Qurbanovun da "Azəryolservis” ASC-dəki fəaliyyəti təftiş olunmalıdır. Hər halda baş dəmiryolçu özünə arxayındırsa, büdcədən yol tikintisinə ayrılan milyonları şəffaf xərclədiyini ortaya qoya bilər. 

Reallıq isə milyardların Ziya Məmmədovla Cavid Qurbanov arasında şərik kimi silindiyindən xəbər verir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]