Əsas Səhifə / Gündəm

İcra başçısının qudasının sirri açıldı

26-01-2016, 00:36

İradə Gülməmmədovanın qızının qaynatası olan Nurunun Elşən Kərimov kimi daha bir neçə adamı varmış

Ötən günlərdə Abşeronun icra başçısı İradə Gülməmmədovanın qudasının bir neçə sahibkara pul ataraq, onları aldatdığı barədə məlumat vermişdik. JAMAZ-a açıqlama verən sahibkar Mübariz Əzizov bildirmişdi ki, Elşən Kərimov adlı şəxs ondan toplam 56 min dollar və 8 min manatlıq mal alaraq, pulunu verməyib. Sonra isə qaçıb gizlənib.

Mübariz Əzizov Elşən Kərimovu axtararkən ondan alınan malların harada satıldığını dəqiqləşdirib. Məlum olub ki, Nuru adlı iş adamı Elşən Kərimovdan tikinti mallarını iki dəfə ucuza alaraq, satmaqla məşğul olurmuş. Həmin vaxt sahibkar Elşən Kərimovu Abşeronun icra başçısı İradə Gülməmmədovanın qudası olaraq təqdim etmişdi. Lakin…

Qafqaznews.az Azad.Media-ya istinadən xəbər verir ki, Elşən Kərimov təkcə Mübariz Əzizovu deyil, daha bir neçə sahibkarı da aldadaraq, onların etibarından sui-istifadə edib. Dərnəgüldəki taxta bazarında Kərimovun dələduzluğunun qurbanı olan 10-a yaxın iş adamının olduğu deyilir.

Amma Azad.Media başqa bir maraqlı məqamı üzə çıxarıb. Saytın dəqiqləşdirmələrinə görə, Abşeronun icra başçısı İradə Gülməmmədovanın qudası olan şəxs Elşən Kərimov yox, Nurudur. Belə ki, Nuru İradə xanımın qudasıdır, yəni icra başçısının qızının qaynatasıdır. Hazırda da «Vorovski» deyilən məhəllədə bir yerdə qalırlar. «Nuru özünü hər yerdə tikinti işçisi kimi təqdim edir. Əslində isə onun Elşən Kərimov kimi bir neçə adamı daha var. Həmin şəxslərə də tapşırıb ki, Kərimov kimi nisyə adı ilə malları alıb, gətirsinlər. Və vəd də verib ki, guya, kimsə onlara heç nə edə bilməz».

Qeyd edək ki, Abşeron İcra Hakimiyyətindən JAM.AZ-a bununla bağlı açıqlama vermişdilər. Bildirmişdilər ki, İradə xanımın Elşən Kərimov adlı qudası mövcud deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]