Əsas Səhifə / Ölkə

Masallı DSMF-də saxta diplomlu Akif Əliyev özbaşınalığı

23-01-2016, 07:06
AzFakt.com dəfələrlə müxtəlif rayonlardakı idarələrdəki özbaşınalıqlar, süründürməçiliklər barədə oxuculara məlumat verir.  Dəfələrlər Masallı DSMF-də baş verən problemlərləri işıqlandırmağımıza baxmayaraq, vətəndaşlardan şikayətlər yenədə gəlməkdə davam edir. Saytımızın elektron poçtuna Masallı rayon DSMF şöbəsinin müdiri Akif Əliyevlə bağlı yeni şikayət məktubu daxil olub. Həmin şikayət məktubunu olduğu kimi oxucularımıza təqdim edirik. 

Hörmətli AzFakt.com saytı:

Bugün ki, gün DSMF-nun Masallı rayon şöbəsində olan proseslərin qarşısını heç bir şəxs ala bilmir. Baş verən hadisələrin qarşısının alınmamasının səbəbkarı Akif Əliyevdir. Səbəbi nədir hələ heç bir şəxsə məlum deyil ki, nə üçün ən çox rüşvətxorluq və korrupsiya hadisələri DSMF-da baş verir. Akif Əliyev haqqında qısa araşdırmalar aparıldığı zaman bu işin nə üçün belə cərəyan etdiyi çox gözəl şəkildə ortaya çıxır. Akif Əliyev 2006-cı ildə sahibkarların pulunu mənimsəmiş və idarədə daxili çaxnaşmalar yaratdığı üçün işdən qovulmuşdur. Sonradan onun idealarına qulluq edənlər tərəfindən Bakı şəhəri rayonlardan birində sektor müdiri təyin edilmişdir. 2011-ci ildə Biləsuvar rayonuna şöbə müdiri təyin edildiyi gündən Biləsuvarın şöbə işçilərinə və vətəndaşlara olmayan zülmlər verən , hətta Biləsuvar rayon saxta pensiya stajları və sahibkarların pulunu mənimsəmək üçün gəlirlər sektorunun müdirini şərləyərək işdən çıxarmasını məcbur etmişdir. Biləsuvarda işlədiyi müddətdə onun barəsində kütləvi etirazlar olmuş, bu haqda polis orqanlarında və prokrorluqda onun haqqında çoxlu şikayət ərizələri var. Sonradan onun havadarı ƏSMM-nə yüksək posta təyin olandan sonra onu nazirliyin Masallı rayon mərkəzinə direktor gətirmək istədilər. Onun haqqında prezident aparatında araşdırma aparıldı və məlum oldu ki, Akif Əliyev orta təhsillidir və saxta diplomla işləyir. Sonradan Akif Əliyevə havadarlıq edən şəxs onu baş məsləhətçi kimi işə götürüb və ƏSMM direktorunu  həvalə etdi. 

Akif Əliyev  Masallı ƏSMM-də işlədiyi vaxt işçilərlə şərik işləyib. Hətta o, DSMF-a müdir gələndən sonrada işçilər ona aylıq olaraq camaatdan yığılan pulları gətirirdilər. Amma bəzi işçilər işdən çıxandan sonra ona pul verməkdən imtina etmişdir. ƏSMM-da olarkən işçilərə tapşırıq verib ki, 8 ay vətəndaşdan pul götürün mən ondan 4 ayını nazirliyə verəcəm 4 ayı mənim, qalan 4 ayıda vətəndaşa bəss edər. Görün sosial vəziyyəti ən ağır olan insanların dövlət tərəfindən ayrılmış vəsaiti necə yeyilir. Əgər vətəndaş razılaşmasa onu geri çevirib işin alınmadığını deyin. Bu işlərdən bezən Masallı camaatı buna kütləvi surətdə etirazlar etmişlər, bunun da səbəbi olaraq Milli Məclisə edilən şikayətlərdən sonra Masallı ƏSMM-də yoxlama açılmışdır. Yoxlama zamanı çoxsaylı qanunsuzluqlar aşkar edilmiş və onu işdən azad etmişlər. Sonradan onun havadarı Əjdər Cəbiyev ƏSMM-nin nazirlik aparatına küllü miqdarda pul verərək keçmişdən ürəyində qalan qisası almaq üçün DSMF-na müdir gəlmək istədi, lakin onu saxta diploma görə müdir təyin etmək mümkün olmadı. Məcbur qalınaraq onu baş məsləhətçi Əzizov İsrafil Qacar oğlunu məcbur edib işdən çıxardib onun yerinə Akif Əliyevi baş məsləhətçi təyin edib şöbə müdürlüyünu ona həvalə etdilər sonrada Əzizov İsrafili məsləhətçi götürdülər. Masallı rayonunda rüşvət atası kimi taninan Akif Əliyev DSMF-ya təyin olunandan sonra Masallının qara günləri yenidən başlandı. Akif Əliyev işçiləri məcbur edir ki,  vətəndaş pensiya üçün sənəd gətirəndə onun stajı çatırsa çatmadığı söylənilsin və bunun düzəldilməsi üçün köməklik təklif edib 500-2000 manata qədər pul alır əgər verilmirsə get-gələ salır. Insanlarda məcbur qalıb sonradan tələb olunan rüşvəti ödəyirlər. Buna sübut olaraq Şərəfə kəndində birində 17 il stajı olduğu halda ondan 1500 manat istəmiş vətəndaşda vətəndaşdan 750 manat almış sonradan vətəndaş sənədlərini yoxlatdiraraq aydın olmuşdur ki, onun stajı çatır alınan pul ondan haqsız yerə alınan rüşvətdir. Həmin vətəndaşda şikayət edərək pulunu geri tələb etmişdir. Bu günki gündə prezidentin diqqət göstərdiyi sahibkarlara saxta vergi fərqləri yaratmaqla onları şöbəyə çağırıb, yalandan qorxu gəlir ki, verməsəniz məhkəməyə verib artıqlaması ilə alacağam. Artıq bundan bezən Masallı camaatı hər gün yuxarı orqanlara ondan şikayətlər yazırlar. Sonda yerli icra hakimiyyəti və mətbuata çoxlu şikayətlərə baxmayaraq Akif Əliyev haqqında heç bir tədbir görülmür. Akif Əliyev deyir ki, məni fonda Elman Mehdiyev qoymayıb məni fonda Əjdər Cəbiyev və Səlim Müslümov qoyub və mənim arxamda da onlar dayanır. Akif Əliyevi bu vəzifəyə qoyan şəxslər bilməlidir ki, bu insanın etdiklərinin cəzası əlbət bir gün veriləcək və sonda bu rüsvayçı idarəçilik sistemi  yox olacaq.

Yazıda adı keçən şəxlərin mövqeyini verməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]