Əsas Səhifə / Gündəm

SUMQAYITIN ICRA BAŞÇISI VƏ YEZNƏSININ AKIF ÇOVDAROVLA "IŞ BIRLIYI" - “MTN IŞI”NDƏ SON GƏLIŞMƏ

18-01-2016, 20:38
SUMQAYITIN ICRA BAŞÇISI VƏ YEZNƏSININ AKIF ÇOVDAROVLA "IŞ BIRLIYI" - “MTN IŞI”NDƏ SON GƏLIŞMƏSumqayıt şəhərinin icra başçısı olan Zakir Fərəcovun MTN-in sabiq şefi, hazırda ev dustağı həyatı yaşayan Eldar Mahmudovun cinayətkar çetesi ilə "işğuzar” əlaqələrinin olması barədə ilginc məlumatlar yayılmaqdadı.
Azerinews.tv-yə məlumat verən mənbə iddia edir ki, Zakir Fərəcovla, Akif Çovdarovun yüksək səviyyədə əlaqələri olub. Elə bu səbəbdən də Abşeronun icra başçısı işlədiyi dönəmdə Zakir Fərəcov Çovdarova böyük torpaq sahəsini və digər bəxşişləri Eldar Mahmudovdan və Çovdarovdan əsirgəməyib. Xüsusi ilə də Zakir Fərəcovun yeznəsi Pərvin Əsədovun Eldar Mahmudov tərəfindən MTN-də işə götürülməsi və onu Qaradağ rayonuna idarə rəisi təyin etməsi, sıx dosluq bağlılığına vəsilə olub. Beləki, 
redaksiyamıza sızan məlumatlar göstərir ki, Pərvin Əsədov da sahibkarların incidilməsində və onlardan "haqq” almasında fəal iştirak edənlərdən biri olub. Bundan başqa Akif Çovdarova hədiyyə edilən torpaq sahəsində yaradılan "QUANTANAMA" həbs düşərgəsi, dolayı yollarla Fərəcovlara da xeyir gətirib. Azerinews.tv-ni məlumatlandıran iş adamı daha sonra iddia edir ki, həmin həbs düşərgəsinə Fərəcovun yeznəsi onuda apartırıb. Və "çovdar" çörəyi yeyib allahına şükür etməyini də məsləhət görüblər. Mənbə bu və digər hadisələrlə bağlı inanılmaz faktara sahib olduğunuda gizlətməyib. Bildirək ki, O əməkdaşımızla söhbətində, sifarişli ölümlərdən tutmuş acımasız "hesablaşma"lara qədər hər şeyi açıqlayacağınıda bildirib.

Redaksiyamıza daxil olan məlumatlar araşdırılır və yaxın saatlarda bütün olanları olduğu kimi oxculara təqdim edəcəyik...

Administratorla əlaqə

077 611-55-22

[email protected]