Əsas Səhifə / Yaşam

Xəstəxanada özbaşınalıq - Analizə pul ödəməlisən

28-12-2015, 18:18
Xəstəxanada özbaşınalıq - Analizə pul ödəməlisənRedaksiyamıza Gəncə şəhər yolxucu xəstəliklər xəstəxanası ilə bağlı ilginc məlumatlar daxil olub

Həmin məlumatda iddia edilir ki, Gəncə şəhər yolxucu xəstəliklər xəstəxanası özbaşınalıq və qnunsuzluq pik həddə çatıb.

Məlumatda qeyd olunur ki, hazırda Gəncə şəhər yolxucu xəstəliklər xəstəxanası demək olar başdan ayağa rüşvətə bölənib. Xəstəxanada tibb avadanlıqları olmasına baxmayaraq şəhər sakinləri analiz vermək üçün digər tibb müəsiəssinə müraciət edirlər.

Çünkiİlqar rəhbərlik etdiyi Gəncə şəhər yolxucu xəstəliklər xəstəxanası başdan ayağa korrupsiyanın içindədir. İnformasiya mənbəmiz bildirir ki, Gəncə şəhər yolxucu xəstəliklər xəstəxanası qeydiyyyat otağından başlayaraq həkim müalicəsinə kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi xidmətin olmamasına görə sakinlər başqa xəstəxanalara daha çox müraciət etmək məcburiyyətində qalırlar.

Bəs görəsən İlqar həkim bu korrupsiyaya niyə göz yumur?
Analizlərin qiymətini kim qoyub?
Həkimlər nədən pullu xidmət göstərir?
Gəncə şəhər yolxucu xəstəliklər xəstəxanası özəldir, yoxsa dövlər?

Bu sualların cavabı növbəti sayımızda. 
Ümid edirik ki, Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri tibb elmləri doktoru Əlikram Məmmədov bu barədə tədbir görəcək. 
Mövzuya qayıdacağıq. 

QARŞI TƏRƏFİNDƏ MÖVQEYİN DƏRC ETMƏYƏ HAZIRIQ.

Administratorla əlaqə

077 611-55-22

[email protected]