Yaşam

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədova açıq məktub

29-04-2016, 10:33
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədova açıq məktubJurnalist Vüqar Ələkbərov Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədova açıq məktub ünvanlayıb. 

Həmin məktubu olduğu kimi təqdim edirik: 

Hörmətli Əkrəm müəllim, Gəncə Göz xəstəxanasında vəziyyət o həddə gəlib çatıb ki, artıq rəhbərliyiniz altında meydan sulayan baş həkim və onun himayəsində olan gündən-günə saxtalaşan "həkimlər" vətəndaşları soyurlar, saxta sənədlər yazırlar. Amma mən dəfələrlə rəhbərlik etdiyim XİA.az saytında bu xəstəxana ilə bağlı yazı dərc etməyimə və Sizə göndərməyimə məhəl qoymursuz. Niyə Azər həkimin və onun əlaltılarının saxtakarlığına göz yumursuz? 

Maraqlıdır! Bir xəstəxanada ki, pullu xidmət varsa onda oranı özəlləşdirin. Bu millətdə bilsin ki, Gəncə göz xəstəxansı özəldir. Dövlət xəstəxanalarına üz tutsunlar. Bu xəstəxanada olan haqsızlıqlar deyəsən Sizi narahat etmir? Əgət etsəydi tədbir görərdiniz. Əslində özünüzün görmək istəmədiyi göz qabağındadır. 

Sizin idarənin mətbuat xidməti var. Nədən mövqe bildirmir? Gəncə göz xəstəxanasının baş həkimi Azər isə məsələni ictimailəşdirdiyim üçün yazdıqlarımı saytlardan yığışdırmaq üçün hər vasitəyə əl atır. Qohumlarımı-dostlarımı üstümə salır. Həmin xəstəxanada isə hələ də insanların cibinə girirlər. Niyə bunları dayandırmırsiz?

Əlbətdə mən Sizə ünvanladığım suallar yenədə cavabsız qalacaq. Çün ki, bir aydır yazdığım cavabsız məqalələr kimi. 

Yazdıqlarım ümid edirəm sizə çatacaq. İnanıram ki, bu dəfə tədbir görülməsinə tapşırıq verəcəksiniz.


Gəncə Göz Xəstəxanası ilə bağlı digər yazılar 

winked Gəncədə rüşvətxor həkim, yoxsa rüşvətxor cərrah?
smile Həkim qurban olum cibimə dəymə - Nəfsinə qul olan rüşvətxor Azər həkimə..
smile Gəncə Səhiyyə idarəsi jurnalistin sorğusuna cavab vermir
winked Xəstəxana xəstədir xəstələr yan üstədir - Azərdən inanılmaz "rüsum"
winked Xəstəxanada nə baş verir? - Həkimlər millətə qənim kəsilib
winked Gəncə göz xəstəxanası Azər Ələsgərova nədən saxta sənəd verib - ARAŞDIRMA

Administratorla əlaqə

077 611-55-22

[email protected]