Əsas Səhifə / Siyasət

“Həmin hadisədə əli olan erməni Azərbaycandadır” - Politoloqdan ŞOK

17-02-2017, 23:02
“Həmin hadisədə əli olan erməni Azərbaycandadır”   -   Politoloqdan ŞOK
Bəzi oxucularımız o fikirdədir ki, Sergey Kurginyan özü də yaxşı bilir ki, Sumqayıt hadisələrini ermənilər törədiblər. İndi bu fikirləri də məqsədli şəkildə söyləyir. Ona rəsmi Moskvadan göstəriş verilib ki, həmin hadisələri Qərbin üzərinə yıxsın.

Maraqlıdır, Kurginyan öz etirafında nə qədər səmimidir, bu etirafın arxasında gerçəkdən də xüsusi məqsədlər ola bilərmi?

Moderator.az olaraq bütün bu fikirlərə tanınmış politoloq Cümşüd Nuriyevlə aydınlıq gətirməyə çalışdıq.

C.Nuriyev bildirdi ki, Kurginyan haqlıdır, o hadisələrdə ermənilər də qurban seçilmişdi, azərbaycanlılar da:

“Əslində Sumqayıt hadisələrini ermənilər yox, birmənalı şəkildə Rusiya törətdi. Amma bunu Rusiyadakı Qərbin əlaltıları planlaşdırmışdı. O vaxt biz Yazovla görüşəndə də bunu etiraf elədilər. Biz Sumqayıt hadisələrini o vaxt araşdırmışdıq, keçmiş DTK-nın sədri rəhmətlik Hüseyn Hüseynovda kifayət qədər materiallar var idi, telefon zənglərinə qədər hamısı yazılmışdı. Sumqayıt hadisələrindən bir gün qabaq ancaq ermənilərlə bağlı təxmini 150-ə qədər danışıq olmuşdu. Bütün danışıqlarda da göstəriş verilirdi ki, bunu həyata keçirmək lazımdır. Amma zənglərin əksəriyyəti Moskvadan idi, bir hissəsi də Saratovla, Ulyanovksidən idi. Ona görə də Kurqanyan yazıq düz deyir, ermənilərin özü də tora düşdü”.

Politoloq onu qeyd etdi ki, Sumqayıt hadisələrini birmənalı şəkildə ABŞ-ın kəşfiyyat idarəsi FBI-la CİA hazırlamışdı:

“SSRİ-ni dağıtmaq üçün planın bir hissəsi idi və birinci Sumqayıtda sınaqdan keçirdilər. Ondan qabaq Alma-Atada da sınaqdan keçirildi, ancaq uğursuz alındı. Ondan sonra Sumqayıtda həyata keçirdilər. Sumqayıt hadisələrini əsasən də Rusiyanın hərbi kəşfiyyat idarəsində ələ aldıqları şəxslər tərəfindən həyata keçirdilər. Bunun üçün əvvəlcədən kadrlar hazırlanmışdı, ancaq əsas həyata keçirən Cubayevin dəstəsi idi, Yeltsin də sonradan o işə qoşulmuşdu.
SSRİ-nin o vaxtkı daxili işlər naziri olmuş Viktor Puqonu da məhz bu işə görə öldürdülər. Puqo o işin üstünü açmaq istəyirdi, ancaq imkan verməyib vurdular. Dəqiq bilirəm ki, o işin içində Bakatin də var idi, çünki Puqo öldürüləndən sonra o, daxili işlər naziri oldu”.

C.Nuriyev Sumqayıt hadisələri ilə bağlı bildiyi bir məqama da toxundu:

“Bu hadisə ilə bağlı bir ipucu verə bilərəm, Sumqayıt hadisələrində fəallıq göstərən, ermənilərə köməklik edən bir Bakı ermənisinin ən yaxın qohumu bu gün Azərbaycanda ən yüksək vəzifədədir. O vaxt bizim təhlükəsizlik orqanları Sumqayıt hadisələrinin üstünü açmaq istəyirdilər, ancaq həmin adama görə bu məsələ dayandırıldı. Ortada Qriqoryan qaldı, amma Qriqoryanın yanında olan həmin adamın adı gizlədildi. Dəqiq onu da deyə bilərəm ki, həmin adam Ağdərə rayonundan idi və erməniyə dil verən həmin adam bu dəqiqə də Azərbaycandadır. Dediyim kimi, yaxın qohumu da yüksək vəzifədədir”.

Rumiyyə MİRASLAN

Administratorla əlaqə

077 611-55-22

[email protected]