Əsas Səhifə / Ölkə

Şirvanda Bələdiyyə sədri olmaq istəyənin əli cibində olsun

7-11-2014, 18:23
Şirvanda Bələdiyyə sədri olmaq istəyənin əli cibində olsun
Mərdan Camalovun tərtib etdiyi siyahıda adı olmayan şəxslərin namizədliyi qeydə alınmır Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar artıq prosesə start verilib. Artıq namizədlər imza vərəqələri götürərək, əhalinin rəyini almaq üçün fəaliyyətə başlayıblar. Lakin bunu Şirvana aid etmək mümkün deyil. Rayondan verilən məlumata görə, Şirvanda bələdiyyə seçkilərində namizəd kimi iştirak etmək hamıya nəsib olmayan haldır. Çünki icra başçısı Mərdan Camalov şəxsən seçiləcək bələdiyyələrin üzvlərini müəyyən edən siyahı hazırlayıb. Həmin siyahı yerli DSK-lara verilib və onlardan yalnız adları orada olan şəxslərin namizədliyinin qeydə alınması tələb olunub. Məlumata görə, indiyə qədər DSK-lara müraciət edən şəxslər namizədliklərini irəli sürmək istəsələr də, onlara bildirilib ki, adları siyahıda olmadıqları üçün bu imkandan yararlana bilməzlər. Hətta israrla sənədlərini təqdim edənlər yerli DSK sədrinin İcra Hakimiyyətinə zəng vurmasına gətirib çıxarır. Qeyd olunur ki, İcra Hakimiyyətindən həmin şəxsin sənədlərini qəbul etmək tapşırığı verilərsə, o zaman addım atılır. Əks təqdirdə, namizədliyini irəli sürmək istəyən şəxs özünü yandırsa belə, xeyri yoxdur. Maraqlıdır ki, DSK-da çalışanlar da etiraf edirlər ki, bu bələdiyyə seçkiləri Şirvanda daha çox kinokomediyadan heç nə ilə fərqlənməyəcək. Həmçinin rayonda kimlərin bələdiyyə üzvü, kimlərin isə sədr seçiləcəyi indidən məlumdur. Hətta camaat vəziyyəti belə görərək, seçkilərdə səs verməyə qatılmaq fikrində də deyillər. Adı keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]