Əsas Səhifə / Gündəm

Xanlar Zeynalovun milyonluq fırıldaqlarda gizli marağı

22-12-2015, 21:45
Xanlar Zeynalovun milyonluq fırıldaqlarda gizli marağıƏdliyyə Nazirliyi İcra Baş İdarəsi kimləri himayə edir?

Məhkəmə qərarlarının icrasında qəsdən ləngimələr, süründürməçilik kimi halların durmadan artması ilə bağlı Qafqaznews.az saytına vaxtaşırı olaraq xeyli sayda şikayət, ərizə və müraciətlər daxil olur. Redaksiyamıza daxil olan məlumata görə, zərərçəkmiş Ələkbərova Səbinə Elçin qızı adlı vətəndaş Əliyev Zöhrab Zülfi oğlu tərəfindən aldadılıb və S.Ələkbərovanın 265 min manat məbləğində pulu mənimsənilib.

Bu hadisə ilə bağlı Səbinə Ələkbərova Sabunçu rayon məhkəməsinə müraciət edib, məhkəmə isə 265 min manat məbləğində pulunun Əliyev Zöhrab Zülfi oğlundan alınıb ona ödənilməsi barədə qərar çıxarıb . Ancaq buna baxmayaraq, məhkəmə qərarının icrası uzun müddətdir Sabunçu rayon icra şöbəsinin məmuru Hakim Mirzəyev tərəfindən uzadılır. Belə ki, cavabdeh Əliyev Zöhrab Zülfi oğlundan 265 min manat məbləğində pulun alınıb Ələkbərova Səbinə Elcin qızına ödənilməsi haqda məhkəmə qərarının icrası heç cür təmin olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddələrinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tələblərinin tədbiqinə əsas verir.12387802_1661058710820666_457728799_n - копия

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, icra tələbi üzürsüz səbəbdən icra edilmirsə, icra məcburi qaydada təmin edilməlidir. İcra məmuru Hakim Mirzəyev tərəfindən qərarın icrası təmin edilmədiyinə görə isə zərərcəkmiş çarəsiz qalaraq əvvəl Sabuncu rayon icra şöbəsinin rəisinə müraciət edib. Ancaq bu müraciəti nəticəsiz qaldığı üçün, zərərçəkmiş Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Xanlar Zeynalova müraciət etməyə məcbur qalıb. Xanlar Zeynalov da vətəndaşın problemini həll etmir. Növbəti mərhələdə S.Ələkbərova ədliyyə naziri Fikrət Məmmədova müraciət edib, yenə də məsələ öz həllini tapmayıb. Sonradan zərərçəkmiş şəxs dövlət başçısı İlham Əliyev və respublikanın birinci xanımı Mehriban Əliyevaya da məktub yazıb, amma hər dəfəsində olduğu kimi, onun işi yenə də Hakim Mirzəyevə yönəldilib. Bu isə heç şübhəsiz onunla bağlıdır ki, Ədliyyə Nazirliyinin başbilənləri süründürməçi məmuru tənbeh etmək, ya da işi başqasına yönəltmək əvəzinə, eyni adamı və eyni əməlləri müdafiə edir, faktiki olaraq fırıldaqçıları himayə etməkdən çəkinmirlər. H.Mirzəyev isə öz adəti üzrə bu “icra prosesi”ni yubatmağa davam edir.

10022010-1Dəfələrlə mətbuatda məhkəmə qərarlarının icrasında 80 faiz müvəffəqiyyətə nail olunduğunu deyən hörmətli general Xanlar Zeynalov, görünür ki, himayə etdiyi şəxslərin hansı əməllərə əl atdığını ya bilmir, ya da bilərəkdən onları qoruyur. Belə ki, daşınmaz əmlak alqı-satqısında saxta sənədlər vasitəsi ilə vətəndaşlara 3 milyon manatdan çox zərər vuran Zöhrab Əliyev və onun kimi fırıldaqçılar rahat gəzib-dolana, daha çox insanı da heç çəkinmədən aldada bilərlər. Lakin bir vacib məqamı qeyd etmək istərdik ki, artıq Zöhrab Əliyev və onun əmisi oğlu Kamran Əliyev haqqında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xeyli sayda şikayət daxil olub. Adıkeçən şəxslərin bir mülkü saxta sənədlə iki-üç nəfərə satması, vətəndaşları 3 milyon manata yaxın məbləğdə aldatması ilə bağlı cinayət işi başlanılmaq üzrədir.

Ümid edirik ki, daxili işlər naziri Ramil Usubov bu fırıldaqçıların öz “biznes”lərini bu cür arxayın şəkildə böyütməsinə, asudə dolaşmasına imkan verməyəcək. Əgər bu əməllərin qarşısı vaxtında alınmasa, Zöhrab və Kamran Əliyevlər tərəfindən vətəndaşlara vurulan zərərin həcmi sonrakı illərdə 10 milyonlarla manata çata bilər. Aşağıda Zöhrab Əliyev və Kamran Əliyev adlı fırıldaqçılar tərəfindən vətəndaşlara “sırıdılan” mülklərin sənədlərini təqdim edirik. Bizi izləyin, araşdırmamız davam edir, gələn yazımızda bu şəxslərin Maştağadakı “Savalan” yaşayış massivində satdıqları torpaq sahələri barədə faktları da təqdim edəcəyik .

Araz Məmmədov

Administratorla əlaqə

077 611-55-22

[email protected]