İqtisadiyyat

Maliyyə Nazirliyində 1 milyardlıq təzminat korrupsiyası

10-06-2016, 00:29
Dövlət ehtiyacları üçün sökülən ərazilərdə sakinlərə və obyekt sahiblərinə çatacaq nəhəng təzminatlar mənimsənilib 

Buraya "Qış bulvarı", "Ağ şəhər", "Xutor" massivi, eləcə də başqa nəhəng söküntü zonasına çatan ərazilərdəki ev və obyekt sahibərinə ödəniləcək təzminatlar daxildir. Bu təzminatlarla bağlı artıq qüvvəyə minmiş məhkəmə qərarları var. Bu barədə maliyyə nazirliyindəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, dövlət adından çıxarılan məhkəmə qərarlarıının icrasına görə, dövlətin maliyyə axınlarına nəzarət edən Maliyyə Nazirliyi məsuliyyət daşıyır: "Ancaq Maliyyə Nazirliyi məhkəmə qərarlarının icrasından imtina edir. Bu təzminatların üst-üstə həcmi 1 milyard manata çatır".

Mənbənin məlumatına görə, təzminatlar iri ev və obyekt sahələrinin sahiblərinə çatacaq vəsaitlərdir: "Söküntü zamanı hökumət təmsilçiləri xırda və orta həcmli mənzil və obyekt sahiblərinə tam təzminat ödəsələr də. iri həcmli mənzil və ya obyekt yiyələrinə qanunla müəyyən edilmiş (1 kvadrat metr 1500 AZN) təzminatı ödəməkdən imtina ediblər. Obyekt yiyələri də məhkəməyə üz tutublar və məhkəmə onların xeyrinə qərar çıxarıb. Ancaq Maliyyə Nazirliyi məhkəmə qərarlarına məhəl qoymadan təzminatı ödəməkdən imtina edir".

Ədliyyə Nazirliyi Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Xanlar Zeynalov bu ilin əvvəlində deyib ki, ötən il qurumun icraatında olan 100 minə yaxın icra sənədinin 85 faizi öz həllini tapıb: "Məhkəmə qərarlarının və digər icra sənədlərinin icrası ilə bağlı məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən 819 borclu şəxs inzibati məsuliyyətə cəlb edilib, 125-i barəsində cinayət işi başlanıb. İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 81,14 faiz artaraq 38 milyon manatdan çox olub".

Mənbə iddia edir ki, icra olunmayan 15 faiz məhkəmə qətnaməsinin əsas hissəsi məhz iri məbləğli təzminatların payına düşür: "Hətta rəsmi statistikada icra olunmayan məhkəmə qərarlarının faiz göstəricisi bir az kiçildilib. Realda bu göstərici daha çoxdur. Əgər məhkəmə qərarları icra olunmağa başlasa nəhəng korrupsiya ocağının üstü açılar".

Administratorla əlaqə

077 611-55-22

[email protected]