Ölkə

Göytəpə 1 saylı orta məktəbdə Prokurorluq işçilərinin işinə kim mane oldu ?

10-11-2016, 22:32
 Xeberman.com-a daxil olan məlumata görə, bu gün səhər saatlarında Cəlililabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları  gəlmişdir. Məlum olub ki, müəllimlərin şikayəti üzrə gələn prokurorluq işçisi müəllimlərin izahatını almaq üçün gəlib. Bəzi müəllimlərin izahaat yazmasına şərait yaradılsada, digər müəllimlərə şikayətlərini rəsmləşdirməkdə imkan verilməyib. Şikayətçilərin qarşısını alıb onlara hədə qorxu gələn şəxs tədris işləri üzrə direktor müavini Elmira Abbasova olmuşdur. O, həm öz vəzifə səlahiyyətlərindən, həm də Prezident Administasiyasında işləyən qardaşı Fikrət Əzizov və oğlu Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəhbəri Raqif Abbasovun adından istifadə edərək müəllimlərə təzyiqlər etmişdir. Onlara şikayətlərinin faydasının olmayacağına əksinə əllərindəki dərsləri də itirə biləcəkləri ilə hədələyib. Mənbəmizin məlumatına görə Elmira Abbasova birinci dəfə deyil ki, müəllimlərin haqqını yeyir. Məktəbdə sayılıb seçilən müəllimlərin çoxluğuna baxmayaraq o, Prezident Administrasiyasında işləyən qardaşı Fikrət Əzizovun hesabına "tərəqqi medalı" almışdır. Fikrət Əzizovun sayəsində layiq olmadıqları halda onun xalası oğlu Aftandil Əzizov  Göytəpə şəhər ərazi nümayəndəsi, qardaşı Elşad Əzizov Cəlilabad rayon İcra hakimiyyətində baş məsləhətçi, qardaşı oğlu Rəşid Əzizov isə Telekomunikasiyanın Göytəpə  sahəsi üzrə rəhbəri işləyirlər. Şikayətlərinə baxılmadığı halda daha radikal addımlar atacaqlarını bildirən müəllimlər inanırlar ki, aidiyyatı qurumlar bu gərginliyə son qoyacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]