İqtisadiyyat

“Fövqəlnazir” FETÖ-ya aid məşhur restoranlar şəbəkəsini ələ keçirdi: “Günaydın”da əl dəyişdi

9-11-2016, 19:11
"Günaydın” restoranlar şəbəkəsinin fəaliyyətinin dayandırması ilə bağlı bir qədər əvvəl xəbər yayıldı. Xəbərdə deyilirdi ki, FETÖ-yə bağlı olduğu deyilən restoranlar şəbəkəsi Azərbaycandakı fəaliyyətini dayandırıb: "Ölkənin ən bahalı xidmət obyektlərindən biri olan məkanın bağlanmasına ilkin səbəb kimi restoranın Fətullah Gülənin biznes şəbəkəsinə aid olması göstərilir”.
Bu arada daxil olan məlumatlara görə, məşhur restoranlar şəbəkəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi "Gilan Holdinq” idarəçiliyinə verilib. Məlumatda restoranlar şəbəkəsinə Kəmaləddin Heydəro sahibləndikdən sonra Bakının ən bahalı və xiidmət səviyyəsi yüksək olan restoranlar şəbəkəsinin işə başladığı da yer alıb.
İnformasiyanı dəqiqləşdirmək üçün Şixəli Qurbanov- 1 ünvanında yerləşən "Günaydın” restoranına baş çəkib. Və restoranın artıq fəaliyyətə başladığını görüb. Restoranın xidmət personalında çalışan işçilərdən biri əməkdaşımıza bildirib ki, restoran hələlik tam gücü ilə işləmir, müəyyən muştərilərə xidmət göstərir: "Yaxın günlərdə restoranın xidmətlərindən hamə istifadə edə biləcək”.
Terrorçu FETÖ şəbəkəsinə aid restoranlar şəbəkəsinə Kəmaləddin Heydərovun necə sahibləndiyi istiqamətində araşdırmalarımız davam edir. Növbəti yazılarımızda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
 
aztoday.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]