Ölkə

Azərbaycanda «FETÖ» əməliyyatı davam edir: «Mado»nun rəhbəri dindirilir, bəs «Özsüt»?

11-08-2016, 23:46

Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Şəbəkəsinə qarşı Azərbaycanda da ləng də olsa, fəaliyyətlərə start verilib.

Bu barədə Yenicag.az-a daxil olan xəbərə görə, xüsusilə, «Camaat»ın Azərbaycandakı iqtisadi rıçaqları ciddi nəzarət altındadır.

Artıq bir sıra şirkətlər nəzarətə götürülüb. O şirkətlər arasında məşhur «Mado» restoranlar şəbəkəsinin də adı çəkilir. Verilən xəbərdə deyilir ki, şirkətin rəhbəri son iki həftədə bir neçə dəfə hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağrılıb.

O da bildirilir ki, artıq şirkətin içərisində bəzi şəxslərin ixtisarına başlanılıb. İxtisar edilənlər arasında Gülənin liseylərini bitirənlərin çoxluğu diqqət çəkir.

Qeyd edək ki, «Mado»nun açılışında Türkiyənin Azərbaycandakı səfiri İ.Alper Coşqun da iştirak edib, tortu restoran rəhbərliyi ilə birlikdə kəsmişdi.

Qeyd edək ki, hələ bir müddət öncə «Mado»nun sabiq fətullahçı deputat Ceyhun Osmanlıya aid olduğu bildirilmişdi. O, bunu təkzib etsə də, aydındır ki, heç bir tanınmış şəxs şirkətini öz adına sənədləşdirmir. «Mado»nun ilk illərində Elnur Aslanovun axşam saatlarını orada keçirməsi isə C.Osmanlını təkzib edən məqamlardan biri kimi qələmə verilir. Belə ki, məhz «Böyük Abi» buraya gəldiyi üçün «Mado» gənc FETÖ-cülərin sevimli məkanına çevrilmişdi.

Maraqlıdır ki, Gülənə ba»Mado» istintaqa çağırıldığı bir vaxtda Gülənin ən fanatik tərəfdarlarından olan Sabir Niftalıyevin rəhbərlik etdiyi «Özsüt» restoranı yeni şöbəsini açıb.

Görünür, Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə liseylər bağlandığı zaman qəzəblə «Gələcəyin alimlərini yetişdirəcək qurumlar zalimcə bağladılır.

Birgün siz zalimlər ölüb gedəcəksiniz amma bu idealogiya, bu məfkurəəbədiyyən yaşayacaq.

Bugün bunları bitirdik deyə düşünürsüz bəlkə də amma bilin ki, birgün daha güclü şəkildə qarşınıza çıxasıyıq.

Bu ideologiyanın, məfkurənin neçə on illik təcrübələri ilə sabitdi bu.

Və sonda..

Qorxmayın, titrəyin!» yazan fanatik fətullahçı S.Niftalıyev «siz bizə heç zad edə bilməzsiniz» dedikdə, bunu nəzərdə tuturmuş.

Qeyd edək ki, fətullahçı şirkətlərin ifşası davam edir. Onlar və dövlət içindəki himayədarları fətullahçı olmayanları da hədəf seçərək, dövlətin FETÖ ilə mübarizəsinə zərbə vurmağa çalışırlar.

Mövzunu diqqətdə saxlayacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]