Ölkə
Qovlar şəhər bələdiyyəsində korrupsiya
1-11-2016, 01:18
Tovuz rayon Qovlar şəhər bələdiyyəsinin sədri Binnət Hüseynov bələdiyyə sədridir, yoxsa torpaq satan?
Ölkə prezidenti cənab İlham Əliyev deyib ki, bələdiyyə sədrləri icranın filialıdır, torpaq satandır.
Biz ölkə prezidentinin bu sözlərini əsas tutaraq Tovuz rayonu Qovlar qəsəbə bələdiyyəsi ilə bağlı daxil olmuş məlumatları araşdırmaq üçün bələdiyyə sədri Binnət Hüseynovla görüşmək istədik.
Bizi idarənin həyətində qarşılayan Binnət Hüseynov kobudluq edib bizi təhqir etməkdən belə çəkinmədi. Dedi ki, əcəb edirəm torpaq satıram, mənim torpaqdan başqa gəlir yerim yoxdu. Get nə istəyirsən yaz.
Görəsən məmurun bu özbaşınalığına nə ad verəsən?
"Bir küçəni belə asfalt eləməyən bələdiyyələrin fəaliyyəti prokuroluq tərəfindən ciddi yoxlanılmalıdır"
Ölkə prezidenti cənab llham Əliyev.
Bu gün Qovlar şəhərində torpağın 1 sotunun qiyməti Bakı qiymətinə çatıb deyənlər nə dərəcədə haqlıdırlar?
Biz isə araşdırmaq istəyirdik ki, bələdiyyə sədri Binnət Hüseynov niyə dövlətimizin qanunlarına əməl etmir, torpaqları hərrac yolu ilə deyil, öz qanunları ilə satır. Deyilənə görə hətta bəzən saxtakarlıq belə etməkdən çəkinmir.
Bizə verilən məlumata görə Əliyev Fikrət Məmmədəli oğluna və Hümmətov Xaliq Cəfər oğluna torpaq sahəsi ayrılarkən Binnət Hüseynov torpağı hərras yolu ilə deyil, hərracdan qabaqkı qiymətlərlə sənədləşdirib. İşçilərin dediyinə torpağın qiymətini də kassaya saxta sənədlərlə köçürdüb - yəni torpağın verilmə tarixi ilə kassa çeki üst-üstə düşmür. Bələdiyyə sədri bir azda qabağa gedərək rayon torpaq şöbəsinin müdiri Kamil Həsənov vəfat edəndən sonra belə onun adından saxta sənədlər verir. Əlbəttə bütün bunların nə dərəcədə həqiqət olmasını araşdırmağa Binnət Hüseynov bizə imkan vermədi.
İnanırıq ki, hüquq-mühafizə orqanları bu faktları araşdırıb əsl həqiqəti üzə çıxaracaqlar. Qəsəbə bələdiyyəsinin öz işinə laqeyd münasibətidir ki, Qovların küçələri çala-çüxurdan ibarətdir. Mərkəzi yol, bazarın qabağı belə çox pis gündədir. Xüsusilə mədəniyyət parkının qabağı çala çuxurdu.
Bir neçə küçəyə isə icra hakimiyyəti asfalt vurdurub. Bəs Binnət Hüseynov bələdiyyə sədri kimi nə iş görüb? sualına heç kim cavab tapa bilmir. Sədr bələdiyyənin adından yığdığı pulları necə mənimsəyib? 10-15 taksi maşınından yığdığı pulları isə dədə malı kimi mənimsəyir.
Torpaqları isə qarış-qarış satan bələdiyyə sədri hətta prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına belə məhəl qoymur. Qəsəbədə bələdiyyənin quruca adı qalıb.
Bələdiyyə sədri seçicilərin ümidlərini doğrultmur, əhalinin gün-güzəranını yaxşılaşdırmaqdan ötrü heç bir iş görmür.
Təəssüf ki, Qovlar şəhər bələdiyyəsinin sədri Binnət müəllimin fəaliyyətindən seçicilər hələ də narazıdır. Onlar belə hesab edirlər ki, Qovlar bələdiyyəsinin sədri ona bəslənilən etimadı doğrultmur. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün nəinki təşəbbüs göstərmir, heç əsaslı bir iş də görmür. Əsasən torpaqları necə gəldi satmaqla məşğuldur. Şəxsi mənafeyi üçün çalışan bələdiyyə sədrindən seçicilər bir də ona görə narazıdır ki, xeyli şəhər əhalisi torpaq istəyində olmasına baxmayaraq, onlara torpaq verilmir. Hətta onlar iddia edirlər ki, nikahda olan və birlikdə yaşayan ər-arvada ayrı-ayrılıqda torpaq verilib.
Nə dərəcədə həqiqətə uyğundur? Demək çətindir. Ona görə də bu məsələnin hüquq müstəvisində araşdırılmasma ehtiyac var. Qovlarlı seçicilər onu da iddia edirlər ki, bələdiyyə sədri və üzvləri vaxtlı-vaxtında seçicilərinə hesabat vermir. 15 minə yaxın əhalisi olan qəsəbədə bələdiyyə sədrinin fəaliyyəti kağız üzərində qalıb.
Seçicilərdən biri onu da dedi ki, Qovlar bələdiyyəsinin sədri Tovuzun icra başçısının əli ilə torpaqları satıb qurtarmaq üzrədir. O hətta rayon torpaq şöbəsinin müdiri Kamil Həsənov vəfat edəndən sonra belə onun adından saxta sənəd verməkdən çəkinməyib. Ona görə də bələdiyyənin fəaliyyətinin hüquq-mühafizə orqanlarının ciddi yoxlamasına ehtiyac var.
Seçicilərin ən böyük bir iradı isə yaşıllıq zonası üçün ayrılmış yerin başqa şəxslərə satılmasıdır ki, xüsusilə dəmiryol tərəfdə, yol qırağı, yolun mühafizə zolağı satılıb. Bunu da ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yoxlayıb üzə çıxarıb. Ancaq bələdiyyə sədri dəmiryol tərəfdə torpaq qoymayıb. Qəsəbə sakinləri soruşurlar ki, yaşıllıq zonaları üçün ayrılmış torpaqlar necə və hansı əsasla satılıb?
-Bələdiyyə sədri kimə yardım edib?
-Nə qədər? Əslində həmin sənədlər saxtalaşdırılıb?
-Yığılan vergilər hara xərclənib?
-Bələdiyyəyə ayrılan dotasiya saxta sənədlərlə hara xərclənib? Bələdiyyənin sosial qu-rumlara nə qədər və niyə borcu var?
- Bələdiyyə sədri niyə məsuliyyətə cəlb edilmir?
Biz də mətbuat olaraq yuxarıda qeyd etdiyimiz və edə bilmədiyimiz digər sualları hələ ki, hüquq-mühafizə orqanlarına ünvanlayır, onların münasibətini bilmək istəyirik.
Onu da soruşmaq istəyirik ki:
- Binnət müəllim, fiziki və hüquqi şəxslərə torpaqlar satılarkən hansı prinsiplər əsas götürülür? Hərrac vaxtı satılan torpaqlar köhnə tarixə, yəni hərracdan qabaqki, dövrə sənədləşdirilir ki, torpağın satış pulu mənimsənilsin. Torpağın real qiyməti ilə satış qiyməti arasındakı fərq nədən yaranır?
- Bələdiyyə ərazisində fəaliyyət göstərən ticarət, şadlıq evləri, iaşə və digər obyektlərin hamısında icarə müqaviləsi bağlanıbmı? Müqavilə bağlamayan obyektlər haqqında hər hansı tədbir görülübmü? Həmin obyektlərdən yığılan pullar hara və kimə çatıb?
- Əmlak vergisindən yayınanlar haqqında hansı ölçü götürülüb? Belələri nə qədərdir?
- Bələdiyyə mülkiyyətində olan torpaq və binalarda, digər obyektlərdə yerləşdirilən küçə reklamları ilə bağlı nə qədər müqavilə bağlanıb? Onlardan alınan vəsait hara xərclənib?
- Bələdiyyə mülkiyyəti, bələdiyyə işçiləri və qulluqçularının sığortalanması ilə bağlı nə deyə bilərsiniz?
- Bələdiyyənizin ərazisində icarəyə verilən sahə nə qədərdir və icarənin hər kvadratmetri neçəyə hesablanır və neçəyə sənədləşdirilir? Bu müqavilələrdən nə qədər pul alınıb və kimə çatıb?
R.S.: Bələdiyyə sədri Binnət Hüseynovun nə qədər özəl obyekti var? Onu hansı pulla əldə edib?
Binnət Hüseynovun da mövqeyini dərc etməyə hazırıq.