Gündəm

Tovuz rayonu inkişafa və tərəqqiyə doğru

3-12-2015, 08:36
Tovuz rayonu inkişafa və tərəqqiyə doğruSon 10 il ərzində Tovuz rayonunda abadlıq və yenidənqurma yolunda xeyli işlər görülüb. Bu illər ərzində rayonda əhalinin maddi rifah halının yüksəldilməsi işində əməlli işlər həyata keçirilib. rayonda Rayon ərazisində 235 idarə və müəssisə, 9 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana fəaliyyət göstərir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 76174 nəfər, o cümlədən onların 45266 nəfəri kənd təsərrüfatında, 7745 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5767 nəfəri ticarət və içtimai iaşədə, 5836 nəfəri tikintidə, 3240 nəfəri nəqliyyat və rabitədə, 2632 nəfəri səhiyyədə və sosial təminatda, 1670 nəfəri idarəetmə orqanlarında, 1170 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1572 nəfəri sənayedə, 1276 nəfəri digər sahələrdə çalışır.çalışır. Məşğul əhalinin sayı 76174 nəfər, o cümlədən onların 45266 nəfəri kənd təsərrüfatında, 7745 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5767 nəfəri ticarət və içtimai iaşədə, 5836 nəfəri tikintidə, 3240 nəfəri nəqliyyat və rabitədə, 2632 nəfəri səhiyyədə və sosial təminatda, 1670 nəfəri idarəetmə orqanlarında, 1170 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1572 nəfəri sənayedə, 1276 nəfəri digər sahələrdə çalışır.
2012-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 26,9 faiz artaraq 89952,5 min manat, o cümlədən sənayedə 3462,9 min manat, kənd təsərrüfatında 18886,2 min manat, tikintidə 26301,6 min manat, nəqliyyatda 2908,6 min manat, ticarətdə 37510,0 min manat, rabitədə 382,2 min manat olmuşdur. Bu dövürdə pərakəndə əmtəə dövrüyyəsi 107795,8 min manat, adam başına düşən pərakəndə əmtəə dövrüyyəsi 658,9 manat olmuşdur..
Cari ilin 6 ayı ərzində 1305 yeni iş yeri açılmışdır, onlardan 36-sı yeni yaradılmış müəssisə və təşkilatlarda, 666-sı fiziki şəxslərdə, 603-u digər tədbirlər üzrə açılmış iş yerləridir.
2012-ci ilin yanvar-sentyabr aylarında Qazqulu kəndində 80 şagird yerlik, Qovlar şəhərində 640 şagird yerlik, Tovuz şəhərində 1176 şagird yerlik, Tovuz şəhərində 360 şagird yerlik, Məşədivəlilər kəndində 180 şagird yerlik, Səfərli kəndində 180 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Rayonun su təçhizatının və kanalizasiya sisteminin qurulmasında, Tovuz-Qovlar-Ağbaşlar yolunun tikintisində, Tovuz çay su anbarında, Zəyəm çayının sel və daşqın sularına qarşı sahilbərkitmə işlər davam etdirilir. Papaqçılar kəndində 180 şagird yerlik, Bayramlı kəndində 220 şagird yerlik orta məktəb binalarının Tovuz şəhərində 85 mənzilli iki yaşayış binasının tikintisinə başlanmışdır.
Tovuz rayonunda görülən işlərdə hazırda rayon İcra Hakimiyyəti başçısı Tofiq Zeynalov da xidmətləri böyükdür. Son iki il ərzində Tovuz şəhərində görülən işlər danılmazdır. Şəhər tamam yeni libasa bürünüb. Cənab Tofiq Zeynalov rayonda gördüyü işlər tək bunlarla yetmir, rayon layiqli rəhbərinin fəaliyyəti sayəsində inkişaf və tərəqqi yolunda iri addımlarla irəliləyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]