Deputat: Sənədsiz evlərin problemi həll olunur
Amma nədənsə sənədsiz evlərlə bağlı problem qalmaqda davam edir.
Xeberman.Com Oxu.Az'a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, problem həll olunmaq üzrədir:
"2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”.
Deputat bildirib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq:
"Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək.
2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.
Mənbə: Modern.az