Gündəm

Lənkəranda Aşura gərginliyi

12-10-2016, 20:24
Lənkəranda Aşura gərginliyiLənkaran şəhərində Aşura mərasimi ilə bağlı gərginlik hökum sürür. Şəhər sakinlərinin verdiyi xəbərə görə, hər il Aşura günü şəhərdə 10 minlərlə insanın iştirakı ilə yürüş keçirilir. Bu ildən  etibarən ölkəmizdə belə yürüşlərin təşkil olunması qadağan olunub. Şəhər sakinləri isə yürüş etmək istəyirlər. Artıq bu gün səhər saatlarından etibarən şəhərə Daxili Qoşunların hissələri yeridilib. Məscidlərdə insanlara bildirilib ki, ölkə qanunlarına görə, bütün mərasimlər yalnız məscidin daxilində keçirilməlidir. Şəhər sakinlərinin verdiyi xəbərə görə, mərasimlər hələ ki, məscid ərazilərində davam edir. (moderator.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]