İslam

Allahşükür Paşazadə: Aşura günü yürüşlərin keçirilməsi qadağandır – FOTO

3-10-2016, 21:47
Allahşükür Paşazadə: Aşura günü yürüşlərin keçirilməsi qadağandır – FOTO
"Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun hesab edilmir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır”.
 

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində "Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu” mövzusunda regional konfransda deyib.
 
Şeyxülislam bildirib ki, dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcək:
 
"Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək”.
 
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq dövlətin əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsinin vacibliyini vurğulayıb.
 
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafından danışıb.
 
M.Qurbanlı bildirib ki, dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən dini tolerantlığın Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib:
 
"Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Bununla yanaşı, Azərbaycanı sevməyən qüvvələrin xalqımız üçün çox həssas olan dini-əxlaqi məsələlərinə müdaxilə etmək niyyətləri hər zaman olub və həmin qüvvələr mərasimlərimizə yad elementləri əlavə etməklə insanları yalnış istiqamətlərə yönəltməyə səy göstəriblər. Lakin bütün bunlara qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]