Ölkə

Aşura günü Nardaranda - FOTOLAR

12-10-2016, 19:24
Aşura günü Nardaranda - FOTOLAR

Bu gün Məhərrəm ayının 10-u -Aşura günüdür.

Aşura günü İmam Hüseynin və yaxınlarının, tərəfdarlarının qətlə yetirildiyi gündür. 

Matəm günü ilə bağlı Bakıda yerləşən məscidlərdə mərasimlər keçirilir, ehsan verilir. Lakin insanların əsasən ziyarət etdikləri Nardaran məscidi bu günlərdə daha qələbəlik olur. Ötən ilin noyabr ayından baş verən məlum hadisələrdən sonra Aşura gününün Nardaranda necə keçiriləcəyini müşahidə etmək məqsədilə oraya yollandıq.

Yol boyu post-patrul xidmətinin maşınlarına rast gəlirdik. Polislər kəndə doğru istiqamətlənən yolla hərəkət edən bütün maşınları saxlayıb yoxlayır, yerli sakin olmayanları geri qaytarırdılar.

Meydana, Nardaran məscidinə  gedən yolda polis və "mülki geyimli"lərə rast gəldik. Hətta məscidin girişində dayanan polis vəsiqə yoxlanışı etdikdən sonra  girişə icazə verirdi.

Qaynarinfo.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]