İqtisadiyyat

Bakıda milyarderin zavodunu əlindən aldılar - rəsmi

15-09-2016, 13:12
Bakıda milyarderin zavodunu əlindən aldılar - rəsmi
"Bu ilin sonuna qədər Azərbaycan Metanol  Zavodu ("AzMeCo") SOCAR-ın tabeliyinə verilə bilər". "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
 
Onun sözlərinə görə, hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir: "Bu qərara əsasən adıçəkilən zavod "Aqrarkredit" bank olmayan kredit təşkilatına keçməlidir. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq".

İstiqlal.az xatırladır ki, Azərbaycan Beynəlxalq Bankı və Rusiyanın "Sberbank"ı metanol zavodunun maliyyələşdirilməsində iştirak ediblər. Zavod 450 milyon dollara tikilib.
 
AzMeCo şirkətinin Direktorlar Şurasının sədri, azərbaycanlı milyarder Nizami Piriyevdir.
 
Metanol istehsalı üçün xammal kimi təbii qaz çıxış edir.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]