Siyasət

İsmayıllının başçısı pulunu məmurlarla bölüşmür - Gərginlik

30-09-2016, 02:37
İsmayıllının icra başçısından ətrafı narazıdır

Bu barədə Politika.Az-a sızan informasiyaya görə, Mirdaməd Sadıqov rayon icra hakimiyyətindəki məmurları yola vermir. 
İddialara görə, icra başçısı əldə olunan qeyri-rəsmi qazancı bəzi məmurlarla bölüşdürmür. 

Bu da ciddi şəkildə narazılıq yaradıb. Məlumatlara görə, həmin məmurlar artıq şəbəkələşib və icra başçısına qarşı qruplaşma yaradıb. 

Əldə etdiyimiz bilgilərə görə, İsmayıllıda iyerarxik mübarizə başlayıb. M.Sadıqovdan narazı qüvvələr onun barəsində kampaniya başlayıb. 

Hətta anonim imza ilə prezidentə müraciətlər ünvanlanır. Həmin məktublarda icra başçısının yeyinti faktları dosye şəklində xəbər verilir. 

Deyilənə görə, icra başçısı kosmetik şəkildə şəffaflıq yaradıb. Bu metodla rüşvətə qarşı mübarizə aparıldığı və büdcə pullarının şəffaf xərcləndiyi imitasiyası yaradılıb. 

Halbuki, ixtisasca iqtisadçı olan icra başçısı peşəkar maliyyə əməliyyatçısı olduğuna büdcə pullarının talan edilməsi və maxinasiyaları yüksək səviyyədə həyata keçirməyi bacarır. 

Bu da İsmayıllıda səriştəsinə görə ondan geri qalan məmurları narahat etməyə başlayıb. Çünki rayon rəhbəri ətrafına əlverişli "şərait” yaratmır. Nəticədə rayon icra hakimiyyətində saray çevrilişinə hazırlıq gedir. 

Politika.Az-a verilən məlumata görə, rayonda velosiped zavodunun bağlanması da icra başçısının əleyhinə işləyib. Bəzi məmurlar bu faktdan istifadə edərək M.Sadıqovu "vurublar”.

Hazırda "İsma Bikes” velosiped zavodu işləmir.Halbuki, həmin zavodun açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib, hətta velosiped sürüb. 

Ümumiyyətlə, rayona rəhbər gəldiyi gündən müsbət imic qazanmağa çalışan və Ələkbərovların qoyduğu problemləri həll etməyə can atan icra başçısı sonra işləri yarımçıq saxladı. 

Məlum oldu ki, onun da başı maliyyə yeyintilərinə, biznesini qurmağa qarışıb. Mirdaməd Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib.

Məsələn, "İsmayıllı Tikinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.

Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.

Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub. 

Politika.Az xəbər verir ki, M.Sadıqovun «etibarlı» şirkəti kimi tanınan bu şirkət də «VAFİ-Region» MMC ilə eyni ünvanda qeydiyyatdadır. "İsmayıllı Tikinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısıolub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. 

Həmçinin Sadıqovunsevimli «icraçı»larıarasında «Ağçay-48» və «ÜlviMİ» adlı MMC-lərindəadıçəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmisənədlərdə eyni ünvan - Aslanovküçəsi 17 göstərilib. 

Rayonda «siyaməkizləri» kimiyada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisivə əsaslı təmirinə cəlb olunur, müxtəlif «abadlaşdırma» layihələrinin əsas oyunçusuna çevrilirlər. 

Qarşı tərəfi dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]