Siyasət

SİYASİLƏRDƏN PAŞAZADƏYƏ AĞIR İTTİHAMLAR - “Ona görə deyir ki, “mən Putinə sədaqətliyəm””

12-10-2016, 23:17
SİYASİLƏRDƏN PAŞAZADƏYƏ AĞIR İTTİHAMLAR - “Ona görə deyir ki, “mən Putinə sədaqətliyəm””

Milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Modern.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni "KQB”nin agenti adlandırıb. Eyni zamanda, bütün həyatı boyu sovet imperiyasına, onun allahsız ideologiyasına xidmət etdiyini bildirib.
N. Pənahlının bu iddiasına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da dəstək verib.

"Dəfələrlə Qafqaz Müsəlmanlar İdarəsinin Azərbaycanin müstəqilliyinə və qanunlarına uyğun olmadığını demişəm. Azərbaycan Müsəlmanları İdarəsi yaradıla bilər və Paşazadə oranın şeyxi ola bilər. Eyni zamanda, Paşazadəyə qarşı heç bir iddiam yoxdur. Sadəcə, Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməli və Azərbaycan Müsəlmanları İdarəsi yaradılmalıdır. Rəhbəri də kim olur-olsun, bu, o qədər də önəmli deyil”, – S.Cəlaloğlu belə deyib.

serdarPartiya sədrinin sözlərinə görə, QMİ-nin saxlanılması müstəqilliyimizə zidd hərəkətdir: "Azərbaycanın müstəqil olmasına baxmayaraq, sovet rejimində mövcud olmuş bir çox strukturlar hələ də olduğu kimi saxlanılıb. Bunlardan Qafqaz Müsəlmanları İdarəsini nümunə göstərmək olar. Hansı ki, müstəqil Azərbaycanın dini dövlət təşkilatı təkcə öz əraziləri yox, həm də başqa ərazilərin dini konpensiyalarına rəhbərlik edir. Adından da göründüyü kimi, Qafqaz Müsəlmanlar İdarəsidir. Müstəqil Azərbaycanın dövlət Konstitusiyasına görə, Azərbaycan ərazisində fəaliyyət göstərən bu cür təşkilat başqa ölkənin ərazisində fəaliyyət göstərə bilməz.
Necə olur ki, QMİ Çeçenistanda, Dağıstanda və başqa yerlərdə olan müsəlmanları idarə edə bilir. Bu mənə çatmır. Allahşükür Paşazadənin də seçilməsində Şimali Qafqazdan nümayəndələr gəlib iştirak edir. Onlar Rusiya vətəndaşı olaraq, orada fəaliyyət göstərir. Paşazadə isə Azərbaycanda.
Konstitusiyaya görə, Paşazadənin hər hansı toplumla bu və ya başqa şəkildə əlaqəyə girməsi qadağandır. Məsələnin mahiyyəti budur”.

Sərdar Cəlaloğlu deyib ki, Allahşükür Paşazadənin QMİ sədri olması Azərbaycan qanunlarına görə qadağandır: "Azərbaycanda istər dövlət, istərsə də qeyri-dövlət strukturları dövlət müstəqilliyi və suverenliyi prinsiplərinə rəhbər tutularaq təşkilatlanmalıdır. Necə ki, partiya sədri olaraq, bizə xarici ölkədə yerli təşkilatımızı yaratmağa icazə verilmir. O zaman, Allahşükür Paşazadə necə Qafqaz Müsəlmanları İdarəsinin sədri olur?! Azərbaycan qanunlarına görə, bu, qadağandır. Ona görə də Paşazadə deyir ki, "mən Putinə sədaqətliyəm”.
Bunu Rusiyadakı müsəlmanlarla əlaqələndiriblər. Düşünürəm ki, QMİ vasitəsilə Azərbaycanın müstəqilliyi də məhdudlaşdırır”(modern.az).

Administratorla əlaqə

077 611-55-22

[email protected]