Ölkə

Səlim Müslümovla Elman Mehdiyev arasında nə baş verir? - təfsilat

21-06-2016, 00:11
Əmək naziri ləğv olunmuş DSMF rəhbəriylə bərabər, başqa bir həmkarıyla da döyüşürmüş 

Son dövrlər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla bir müddət əvvəl ləğv olunmuş DSMF-nin rəhbəri Elman Mehdiyev arasında ciddi savaşın baş qaldırdığına dair iddialar gündəmi zəbt edib. Politika.Az xəbər verir ki, hal hazırda bununla bağlı çeşidli məlumatlar yayılır və maraqlı məqamlardan bəhs olunur. 

Oxucumuz Sabir Məmmədov yazır ki, Elman Mehdiyev öz fəaliyyətini gizlətmək üçün diqqəti yayındırmağa başlayıb. Onun sözlərinə görə, faktiki olaraq Mehdiyev ƏƏSMN-in yeni strukturu barədə layihə hazırlayıb, Nazirlər Kabinetinə təqdim etməlidir. «Əslində, layihə təqdim olunub. Lakin hökumət qəbul etməyib və zəif hesab edib. Çünki Mehdiyev cəmi 400 nəfərin ixtisarını nəzərdə tuturdusa, hökumət bu rəqəmin 800 nəfər olmasını israr edir. Və hesab edir ki, ləğv olunmuş DSMF-nin departamenə çevrilməsindən sonra bu qədər ştata gərək yoxdur».

Politika.Az-a yazan Sabir Məmmədov qeyd edir ki, Elman Mehdiyev durumunun kritik olduğunun fərqinə varmaqla yanaşı, həm də güvəndiyi şəxsin dəstəyi ilə Səlim Müslümova qarşı mübarizə aparmaqdan da çəkinmir. Mənbəmiz bildirir ki, hal hazırda DMSF rəhbəri yeni naziri haqqında müxtəlif mətbuat orqanlarına kompromatlar ötürür və bunun müqabilində Elşən adlı şəxsə hər yazı üçün 500 manat ödəyir». 

Yazının əvvəllərində vurğuladıq ki, Elman Mehdiyev əvvəllər Səlim Müslümovun «sağ əli» idisə, hazırda kursu dəyişib. Belə ki, o, maliyyə naziri Samir Şərifovun tərəfinə keçib. Elə bu səbəbdəndir ki, onun geniş əl-qol açdığı vurğulanır. Politika.Az-a yazan Sabir Məmmədov bildirir ki, ƏƏSMN-lə DSMF-nin birləşməsini ehtiva edən yeni layihənin keçməməsi elə maliyyə nazirinin öz işi olub. Belə ki, Samir Şərifovla birləşən Elman Mehdiyev həmin layihənin keçməməsində maraqlıdırlar və bununla da vaxt udmağa çalışırlar. Yəni, onlar bununla istədikləri layihəni keçirərək, Səlim Müslümovu çətin vəziyyətdə qoymağa çalışır və yeni birləşmiş nazirlikdə söz sahibinə çevrilmək istəyir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]