Siyasət

Eldar Sabiroğlunun Elçibəylə mübahisə etdiyi o an - Tarixi Foto

27-09-2016, 14:27
Son günlər mərhum prezidentlər Heydər Əliyevlə Əbülfəz Elçibəy arasındakı məhkəmə prosesində Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun H.Əliyevin ictimai müdafiəçisi kimi iştirakı məsələsi mübahisə mövzusuna çevirilib 

YAP icra katibinin müavini Siyavuş Novruzov E.Sabiroğlunun məhkəmədə H.Əliyevin vəkili olaraq iştirak etmədiyini bildirib.

Hüquqşünas Osman Kazımov isə E.Sabiroğlunun məlum məhkəmə prosesində H.Əliyevin nümayəndəsi qismində iştirak etdiyi bildirib.
Eldar Sabiroğlunun Elçibəylə mübahisə etdiyi o an
Turkustan.info-nun təqdim etdiyi bu tarixi fotoşəkildə Eldar Sabiroğlunun Əbülfəz Elçibəyin məhkəməsində iştirak etdiyi, hətta Elçibəyin qolundan çəkərək onunla gərgin mübahisə durumunda olduğu anlaşılır.

Lakin E.Sabiroğlunun məhkəmədə hansı statusla iştirak etməsi başqa bir araşdırma mövzusudur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]