Layihə

İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı

22-05-2016, 01:54

İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı Mayın 21-də Stokholmda Güney Azərbaycan Konqresinin təşkilatçılığı, habelə Odlar Yurdu dərnəyi və milli fəal Rza Qaraçayın əməkdaşlığı ilə 22 May Güney Azərbaycanda Oyanış Hərəkatının başlanması və 28 May Cumhuriyyət Günümüz münasibətilə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi işə başlayıb.

Xeberdar.net-in məlumatına görə, tədbir, Azərbaycan Milli Hökümətin milli himni ilə başlanıb və 22 May şəhidlərinin xatirəsinə sükut elan olunub.. "Oyanışdan Qurtuluşa" həftəsinə Borçalı Cəmiyyətinin sədri, tanınmış ictimai xadim Zəlimxan Məmmədli və Ümid Partiyasının sədr müavini, dəyərli jurnalist Rüfət Muradlı dəvətli idilər. Öncə onların obyektiv səbəblərə görə tədbirdə iştirak edə bilməmələri iştirakçıların nəzərinə çatdırılıb və Zəlimxan bəyin göndərdiyi müraciət oxunub..

Daha sonra Zəlimxan Məmmədli və Rüfət Muradlı ictimai-siyasi fəaliyyətlərində Güney Azərbaycan məsələsini hər zaman diqqətdə saxladığına və Güneydəki soydaşlarının haqlı mübarizəsinə daim dəstək olduqlarına görə Güney Azərbaycan Konqresinin 22 may (1 xordad) tarixli qərarı ilə Seyid Cəfər Pişevəri mükafatına layiq görülüblər. Tədbirin davamında Odlar Yurdu dərnəyinin sədri Sevinc Bakılı və digər iştirakçılar 22 may və 28 may münasibətləri haqqında çıxış ediblər. Tədbirin davamında Güney Azərbaycan Konqresinin 10 illiyi münasibətilə təbriklər səslənib və GAK-nin gördüyü işlər, apardığı mübarizə barədə danışılıb. Tədbirdə ingilis dilində "Ermənistan, Azərbaycandan rədd olsun!", "Güney Azərbaycanda 22 may qiyamının 10 illiyinə eşq olsun! "şüarları ,həmçinin Milli lider M.Ə. Rəsulzadənin, tanınmış Güneyli dissident Səfərxan Qəhrəmaninin portretləri və üçrəngli Azərbaycan bayrağı tədbir məkanını bəzəyirdi.

İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı
İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı
İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı
İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı
İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı
İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı
İsveçdə "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi başlandı

Administratorla əlaqə

077 611-55-22

[email protected]