Siyasət

Ruslan İzzətlinin ölkəni bir dəfəlik tərk etməsi xəbəri yalan çıxdı

21-09-2016, 22:16
Bu gün bir sıra media orqanları D18 Hərəkatının başqanı Ruslan İzzətlinin Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqdən sonra ölkəni tərk etdiyini və siyasi sığınacaq almaq üçün Türkiyəyə üz tutduğunu yazıb. Hətta R. İzzətlinin qorxaraq Türkiyəyə  qaçdığını yazanlar da var. 

Musavat.com xəbər verir ki,  R. İzzətli öz facebook səhifəsində yazılanları yalan adlandıraraq tezliklə ölkəyə dönəcəyini yazıb:"Dostlar, hakimiyyətin yandaş mediası ölkədən qaçmağım haqda xəbərlər yayırlar. Onlara cavab vermək fikrim yoxdur. Tezliklə ölkəyə dönəcəm. O zaman nə yazacaqlar maraqlıdır”.

Bundan başqa, onun səhifəsində ölkəyə dönüş üçün əvvəlcədən aldığı biletin də şəkli yayımlanıb. 

Xatırladaq ki, R. İzzətli Türkiyəyə tez-tez səfər edən siyasi gənclərdəndir. Onun Türkiyəyə getməsinin qorxması və ya siyasi sığınacaq almaq istəyi ilə heç bir əlaqəsinin olmadığı bildirilir.

Musavat.com




Administratorla əlaqə

077 611-55-22

[email protected]