Dünya

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə səfər edəcək

30-07-2016, 00:21
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford iyulun 31-də Türkiyəyə səfər edəcək.
 
Xeberman.com  CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Danford Ankarada keçirdiyi görüşlərdən sonra  Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazasına baş çəkəcək.
 
Qeyd olunur ki, bu, 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə səfər edən ilk yüksək rütbəli ABŞ hərbçisidir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]