Gündəm

Vidadi Zeynalovun daha bir kadrından narazılıq var İDDİA VAR

11-12-2015, 20:59
Vidadi Zeynalovun daha bir kadrından narazılıq var İDDİA VARMəlum “MTN işi” ilə bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir çox struktur bölmələrinə və tabelikdə fəaliyyət göstərən qurumlarına rəhbərlik edən vəzifəli şəxslərin adları hələ də ictimaiyyətin diqqətini özündə saxlamaqdadır. Bu gün ölkənin rabitə sistemində aşkarlanan neqativ halların yer almasında və davamlı olaraq həyata keçirilməsində də məhz orta eşalonda fəaliyyət göstərən bir çox vəzifə sahiblərinin iştirakı danılmazdır. Bir qədər də konkret olsaq, müxtəlif mənbələrin təqdim etdikləri açıqlamalarda “MTN işi” ilə əlaqədar bundan sonra hələ daha bir neçə şəhər və rayon telekommunikasiya qovşağı rəhbərlərinin də istintaqa cəlb oluna biləcəkləri ehtimalı irəli sürülür. Eyni zamanda da RYTN-in tabeliyində olan bəzi struktur bölmə rəhbərlərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları, eləcə də bu zəmində yaranan daxili çəkişmələr bu sahədə təcili həllini gözləyən ciddi problemlərin olması faktını da diqqət mərkəzinə çəkir.

Bu baxımdan Qazax Telekommunikasiya Qovşağı da fəaliyyəti son dərəcə qeyri-qənaətbəxş kimi qiymətləndirilən müəssisələr sırasındadır. Bu xüsusda bizimdovr.az-a daxil olan açıqlamalarda Qazax rayon Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədovun nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalova yaxınlığı ilə seçilən kadrlardan olduğu vurğulanır. Həmçinin mənbə bildirir ki, Nizaməddin Məmmədov öz oğlunu da Vidadi Zeynalovun son hadisələrədək MTN-də çalışan qardaşının vasitəsilə bu nazirliyin Sumqayıt şəhər şöbəsinə işə düzəltmişdir. Digər tərəfdən isə, artıq 20 ildən artıq Qazax rayon Telekommunikasiya Qovşağına rəhbərlik edən Nizaməddin Məmmədovun yarıtmaz fəaliyyəti bundan əvvəl də dəfələrlə rayon sakinlərinin narazılığına səbəb olmuşdur.

Təsadüfi deyildir ki, Qazaxın rabitə sistemində movcud olan problemlər, eləcə də qovşağın rəisi Nizaməddin Məmmədovun yol verdiyi ciddi qanun pozuntuları son vaxtlar ölkə mətbuatının diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Rayonda rabitə xidmətlərinin aşağı səviyyədə olması, vətəndaşların bu sahəyə olan tələbatının ödənilməməsi bu problemlərin yalnız bir hissəsidir.

Təqdim olunan digər məlumatlarda Nizaməddin Məmmədovun abonentlərinin ümumi sayı 14 min nəfərə yaxın olan Qazax Telekommunikasiya Qovşağında davamlı olaraq iri maliyyə mənimsəmələrinə yol verdiyi vurğulanır. Həyata keçirilən xüsusilə irimiqyaslı maxinasiyalardan biri kimi, hələ bir neçə il bundan əvvəl qovşağın dövlətə məxsus olan binasının iki mərtəbəsinin N.Məmmədov tərəfindən qeyri-qanuni özəlləşdirilməsi və sonradan satılması faktını göstərmək olar. Məlumatlarda bldirilir ki, bir müddət əvvəl binanın həmin hissəsində işçilər üçün nəzərdə tutulmuş yeməkxana fəaliyyət göstərirmiş. Lakin “özəlləşmədən” sonra Nizaməddin müəllim buada əsil restoran açmışdı. Bu gün isə, Nizaməddin Məmmədovun Tovuz rayonunun Ceyrançöl yatağında şəxsi ferması, Gəncə şəhərində “Ramin” şadlıq sarayı və bir çox digər kommersiya obyektləri də uğurla fəaliyyət göstərməkdədir. Təbii ki, başı şəxsi biznesinin idarə olunmasına qarışmış məmurdan bilavasitə öz vəzifə borclarının səmərəli icrasını gözləmək qətiyyən məntiqə uyğun deyil.

Digər tərəfdən də, Nizaməddin Məmmədov qovşaqda çalışan bacarıqlı və işgüzar kadrları da bu müəssisədən “didərgin” salmaqla qurumun işinə əlavə problemlər yaradır. Məsələn, bizimdovr.az-a daxil olan açıqlamalardan birində qeyd olunur ki, qovşağın Qərib adlı bir əməkdaşı da bir müddət əvvəl məhz Nizaməddin Məmmədovun törətdiyi korrupsiya əməllərinə qarşı çıxışlar etməsi səbəbindən işdən qovulmuşdur. Yeri gəlmişkən, mənbə bu kadrın hazırda Qazax RİH-də çalışdığını da vurğulayır. Nizaməddin Məmmədov isə təbii ki, onun özbaşınalıqlarına etiraz edənləri işdən çıxarmaqla öz əməllərini daha uzun müddət gizlədə bilməz...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]