Ölkə

Bakı meriyasında xırıd edilən milyonlar... - Yeyinti ittihamı...

8-07-2016, 00:48
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ölkənin ən gəlirli dövlət idarələrindən biri hesab olunur. Departament yüksək məbləğlərdə qeyri-qanuni gəlirlərin əldə olunması üçün ən münasib qurumlardan biri kimi tanınır. Departamentin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi kimi qurumlar fəaliyyət göstərir. Bu amil daha az diqqət göstərilən bu idarələrə ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi üçün münbit şərait yaradır. Departamentə rəhbərlik edən Rəfael Mehrəliyevin özü də bu məsləllərdə böyük ad çıxarmış şəxslərdən hesab olunur. Belə ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri bugünədək çalışdığı bütün vəzifələrdə müxtəlif rüşvət yığımlarında, mənimsəmə hallarında adının çəkilməsilə dəfələrlə medianın gündəminə gəlib. Maraqlıdır ki, məlum "MTN işi” ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həbsindən dərhal sonra, mətbuat səhifələrində bu şəxsin bacısı oğlu Rəfael Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox iri miqyaslı maxinasiyalar barədə açıqlamalar yer almağa başladı. Vidadi Zeynalovun vəzifədə olduğu vaxtlarda da dayı-bacıoğlu haqqında mətbuatda geniş məlumtlar dərc olunurdu. Dayı-bacıoğlu "rüşvət donoru" adlandırılan bu şəxslərdən birinin Hacıbala Abutalıbova, digərinin isə Əli Abbasova rüşvət daşıdığı deyilirdi. İddialara görə, Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də edib. Daha dəqiq desək bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz o, həyata keçirib. Elə həmin vaxt Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz qohumu Rəfail Mehralıyevi təyin etdirib. Mətbuatda yazılanlara görə, 1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub. Amma dayısının işdən qovulması Rəfael Mehrəliyevin statusuna təsir göstərməyib. Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub. Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfael Mehrəliyevin də mövqeylərini möhkəmlətməyə nail ola bilib. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yaxın qohumluq əlaqələrində olduğundan, Rəfael Mehrəliyevin də karyera yüksəlişi asan həyata keçir. Nəhayət 2012-ci ildən, bu məmur Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik etməyə başlayır. Vidadi Zeynalov isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əyləşməklə, paytaxtın kommunal təsərrüfatına ayrılan külli-miqdarda vəsaitlərin xərclənməsinə nəzarətini daha da gücləndirmiş olur. Məlumata görə bir müddət əvvəl Hesablama Palatası tərəfindən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində aparılan yoxlamalar nəticəsində ortaya fantastik rəqəmdə vəsaitin mənimsənilməsi faktı çıxıb. Palatanın bu yoxlamasından ciddi şəkildə narahatlıq keçirən departament rəisinin vəziyyətinin o qədər də yaxşı olmadığı iddia edilir. Ortaya çıxan mənimsəmənin ört-basdır ediləməsi üçün Rafael Mehrəliyevin müxtəlif yollara əl atdığı və hələlik istəyinə nail olduğu bildirilir.

Ümumiyyətlə, Mehrəliyevin rəhbərlik etdiyi qurum Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. İddialara görə, hazırda həbsdə olan Vidadi Zeynalovun obyektləri, əmlakları bacısı oğlu Rafael Mehrəliyevin nəzarəti altındadır. Vidaid Zeynalov hələ həbs edilməmişdən əvvəl mal-mülkünü başqa-başqa şəxslərin adına keçirməklə varidatının bir hissəsini gizlədib. Rafael Mehrəliyev hazırda həbsdə olan dayısının obyektlərinin bir hissəsini gizli şəkildə sataraq keçmiş aparat rəhbərinin ailəsinə verdiyi deyilir. Ancaq bununla belə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vasitəsi ilə milyonlar mənisəyən Vidadi Zeynalovun hələ xeyli sayda obyektinə Rafael Mehrəliyevin gizlin şəkildə nəzarət etdiyi deyilir. Görünür dayısı Vidadi Zeynalovun həbs olunması belə Rafael Mehrəliyevi o qədərdə qorxutmayıb. Çünki olduqca böyük "məmur oliqarxa" çevrilən Mehrəliyevin Vidadi Zeynalovun həbsindən dərhal sonra malmülükün bir hissəsini Rusiya və Türkiyəyə transfer etməsi barədə söz-söhbətlər gəzir. Yəni əllərində olan obyektlər, əmlakların böyük əksəriyyətini "sığortalayan" dayı-bacıoğlu həbsdən belə qormurlar. İndi isə növbənin məhz bacıoğluna çatdığı ehtimallarının yüksək olduğu deyilir

Administratorla əlaqə

077 611-55-22

[email protected]