Xəbərlər / Dünya

Dnepropetrovsk şəhərinə gedənlərə xoş xəbər

14-05-2015, 20:43
Dnepropetrovsk şəhərinə gedənlərə xoş xəbər
”Dniproavia” şirkətindən verilən məlumata görə iyun ayının 6-da Dnepropetrovsk vilayətindən Bakı şəhərinə yeni təyyarə reysi açılacaq. Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Dnepropetrovsk-Bakı, Bakı-Dnepropetrovsk təyyarə reysini “Dniproavia” kompaniyası həyata keçirəcək. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev Avrasiya.net-ə bildirib ki, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq. Onun sözlərinə görə, Dnepropetrovsk-Bakı təyyarə reysi, həmçinin Xarkov, Zaporojye, Donetsk, Poltava və Sumı vilayətlərində yaşayan minlərlə soydaşlarımıza da xidmət edəcək.
Şərqi Ukraynada yaşayan soydaşlarımız Vətənə getmək üçün hökmən 600-700 km məsafə qət etməklə məcburən Kiyev-Bakı təyyarə reysindən istifadə edirdilər. ”Dniproavia” şirkətindən verilən məlumata görə, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyin ayının 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07-30-da Dnepropetrovsk şəhərindən,14-10-da isə Bakıdan həyata keçirəcək. Kompaniya sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyə qaldırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və istənilən avio bilet satışı agentliklərinə müraciət edə bilərlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]