Dünya

ABŞ-dan Səudiyyə Ərəbistanına böyük zərbə

30-09-2016, 02:33
ABŞ Konqresi Barak Obamanın "Terrorist aktlarının sponsorlarına qarşı ədalət” haqqında qanun layihəsinə qoyduğu vetosunu böyük üstünlüklə dəf edib.

Musavat.com xarici mətbuata istinadən qeyd edir ki, bu, Obamanın 8 illik prezidentliyi dövründə dəf edilən ilk vetosudur. Bundan əvvəl Konress onun müxtəlif qanun layihələrinə qoyduğu 11 vetosunu qəbul etməli olmuşdu.

Bu dəfə ABŞ prezidentinin vetosuna qarşı Nümayəndələr palatasının əksər üzvləri qarşı çıxıb. Belə ki, Nümayəndələr palatasının 348 üzvü prezident tərəfindən daha öncə veto edilərək geri qaytarılan qanun layihəsinin lehinə səs verib. Palatanın sadəcə 77 üzvü prezidentin mövqeyini dəstəkləyib.

Nümayəndələr palatasında keçririlən səsvermədən bir neçə saat öncə isə ABŞ Senatı da qanun layihəsinə münasibətdə eyni mövqeni sərgiləyib. Qanun layihəsinin lehinə səs verənlərə baxdıqda, onun palatada təmsil olunan hər iki partiya üzvləri, yəni həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəkləndiyini görmək olar. Barak Obama özü isə CNN-ə verdiyi müsahibədə bu qanunu "təhlükəli presedent” adlandıraraq, öz qərarının doğruluğuna əmin olduğunu bildirib. 

charles schumer ile ilgili görsel sonucu
Çarlz Şumer

"Prezident vetosunu dəf etmək bizim üçün o qədər də asan olmadı. Lakin hətta bundan sonra bəzi diplomatik çətinliklər yaransa belə, 11 sentyabr qurbanlarının ailələrinə ədalətə nail olmaq imkanlarını bəxş etmək olduqca vacib idi”, -deyə Demokrat partiyasından Senat üzvü Çarlz Şumer bəyan edib.

Xatırladaq ki, daha öncə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr təmsil etdiyi dövlətin bu layihısinin qəbul olunacağı təqdirdə  ABŞ-dakı 750 milyard dollarlıq aktivlərini satışa çıxaracağını bildirmişdi.

Adil Əl-Cübeyr ile ilgili görsel sonucu
Adil Əl-Cübeyr

Ər Riyadın "Terrorist aktlarının sponsorlarına qarşı ədalət” haqqında qanunun qəbul edilməsi nəticəsində ABŞ-dakı hesablarının dondurulması təhlükəsindən ehtiyat etdiyi bildirilir. Çünki bilindiyi kimi, ABŞ-da törədilən 11 sentyabr aktlarına görə günahkar olduğu təsbit edilən 19 terrorçudan 15-i bu ölkənin kralının təbəələri sayılır.

ABŞ Konqresinin qərarı bir sıra ölkələr, o cümlədən Ərəb Liqasına daxil olan dövlətlər tərəfindən tənqidlə qarşılanıb. Bəhreyn dövlətinin xarici işlər naziri Xalid ibn Əhməd Əl Xəlifə Nümayəndələr Palatasının qərarını pisləyən bəyanat yayıb. "Terrorist aktlarının sponsorlarına qarşı ədalət” haqqında qanunun qəbul edilməsi ilə Konres öz ölkəsinə zərbə endirdi. Bu adamlar nə dərəcədə ağıllıdır”, -deyə nazir tvitter səhifəsində narazılığını ifadə edib. 

Xalid ibn Əhməd Əl Xəlifə ile ilgili görsel sonucu
Xalid ibn Əhməd Əl Xəlifə

Dünya mətbuatı  Konres üzvlərinin Səudiyyə Ərəbistanının təhdidlərini qulaqardına vurmasının altında başqa səbəblərin də yatdığını yazır. Belə ki, hələ bu il, qanun layihəsinin müzakirə olunduğu aprel ayından sonra ABŞ maliyyə nazirliyi Səudiyyə Ərəbistanının ABŞ-dakı maliyyə aktivləri barədə hesabat dərc etmişdi.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı krallığının ABŞ-ın xəzinə istiqrazlarındakı payı barədə informasiyalar hələ 1975-ci ildən etibarən bağlı hesab olunurdu. 

Məlum olub ki, krallığın ABŞ xəzinəsində tutduğu ehiyatlar söylənildiyi qədər böyük deyilmiş. Həmin aktivlərin mart ayına qədər olan ümumi həcmi 117 milyard dollar təşkil edib ki, bu da Səudiyyə Ərəbistanına ABŞ-ın dövlət istiqrazlarını əlində tutan ölkələr içərisində 13-cü yeri verir. 

Birinci yer 1,245 trln dollarla Çinə, 2-ci yer isə 1,137 trln dollarla Yaponiyaya məxsusdur. Üçüncü yeri isə çox adamın tanımadığı Kayman adalarının offşor yurisdiksiyasına aiddir (265 milyard dollar). ABŞ-ın beynəxalq arenada əsas rəqibi Rusiya isə 86 milyard dollarla bu siyahıda 16-cı yerdə gedir.

Beynəlxalq Valyuta Fondunun hesabatlarına görə isə Səudiyyə Ərəbistanının qızıl ehtiyatları ümumilikdə 580 milyard dollar təşkil edir.

Bu səbəbədən, bir çox ekspertlər Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl Cübeyrin krallığın ABŞ-dakı 750 milyard dollarlıq maliyyə aktivlərini sata biləcəyi barədə bəyanatına təəccüblə  yanaşmışdı.


Vaqif Hüseyn, 

Administratorla əlaqə

077 611-55-22

[email protected]