Siyasət

İcra başçısından prezidentə şikayət - YENİLƏNİB

6-09-2016, 19:03
İcra başçısından prezidentə şikayət - YENİLƏNİB
Vaqif Abdullayev 3 həftədi vətəndaşları niyə qəbul etmir?

Beyləqanın icra başçısı Vaqif Abdullayevlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Bu barədə rayon sakinləri məlumat verib.

Məlumatda bildirir ki, Vaqif Abdullayev artıq 3-cü həftədi qəbul keçirmir. Sosial problemlər və digər məsələlərlə bağlı başçının qəbuluna gedənlər qapıdan geri qaytarılır.

Vaqif Abdullayev qəbuldan hər dəfə bir bəhanə ilə yayınır. Gah iclasların olduğunu, hah hansısa tədbirin keçirildiyini bildirir. Bu günlərdə isə o, müəllimlər üçün təşkil olunan seminarda iştirak edir.

Başçının əvəzinə qəbulları müavinləri keçirir. Onlar isə heç bir problemi həll etmir, vətəndaşları "yola verməklə" məşğul olur. Vaqif Abdullayev özü İcra Hakimiyyətinin binasına arxa qapıdan girib-çıxır. Hətta son günlər binada təhlükəsizlik tədbirləri gücləndirilib, İcra Hakimiyyətini qoruyan polislərin sayı artırıb. Maraqlıdı, Vaqif Abdullayev kimdən ehtiyat edir? Bəlkə qəbuluna gələn, problemlərinin həllini istəyən vətəndaşlardan çəkinir?

Sakinlər bununla bağlı prezidentə şikayət etmək niyyətindədi.

*  *  *

Beyləqan İcra Hakimiyyəti xəbərə reaksiya verib. Qaynarinfo.Az-ın redaksiyası ilə əlaqə saxlayan icra başçısının birinci müavini Telman Məstənov deyilənləri təkzib edib: "Bu məlumatların heç bir əsası yoxdur. Beyləqan İcra Hakimiyyətində vətəndaşlarla qəbullar vaxtaşırı keçirilir, onların problemləri dinlənilir və həll olunur. Hətta bu gün də geniş tərkibdə görüş keçirilib. Həmin görüşdə mən də iştirak etmişəm. Orda bir neçə rayon sakininin problemləri dinlənilib və yerindəcə həll olunub. Kaş bütün icra hakimiyyətləri Beyləqan İcra Hakimiyyəti kimi işləsin".

Administratorla əlaqə

077 611-55-22

[email protected]