Ölkə

Şəmkirdə polis qız qaçırılmasından pul qazanır? – İDDİA

6-09-2016, 03:28
Şəmkirdə polis qız qaçırılmasından pul qazanır? – İDDİATanınmış hüquqşünas Səbuhi Axundov sosial şəbəkədə Şəmkirdə baş verən bir hadisə haqqında yazıb. Hüquqşünasın öz facebook səhifəsindəki statusunu cumhuriyyet.az olaraq olduğu kimi dərc edirik: "Şok a kişilər, Şok! Deməli, Şəmkirdə mənə yaxın olan bir nəfərin 18 yaşlı qız uşağını, evin kişisinin evdə olmamasından istifadə edərək, tərbiyəsiz iki nəfər gənc oğlan, evdən zor tətbiq etməklə qızı oğurlayıblar. Bu işin harasından baxırsan bax, bu bir insan oğurluğudur. Görün yerli Polis nə edir? Baba gəlir polis şöbəsinə ki, nəvəmi qaçırıblar kömək edin. Polis əməkdaşları da babadan şərt kəsirlər ki, bizə "hörmət” edirsiz, oğlandan da şikayətçi olmursuzsa qızı 2 saata tapıb gətiririk.
Əlacsız qalan baba razılaşır. Polislər də sözlərini tuturlar. Qızı 2 saata tapır babaya təhvil verir, "hörmətlərini” alırlar, baba da qiza tapsırır ki, belə şərtləşmişik yazmalıyıq ki, şikayətimiz yoxdur. Bu polisin oğlana canı yanmır haa ki, qıza şikayəti olmadığını yazdırırlar. Bunlar qarşı tərəfdən də "hörmətin” yerini hazırlayırlar. Dolayısı ilə oğurlanandan da, oğlurlayandan da hörmətlərini alıb fəaliyyətə davam verirlər. Bu qanunsuzluq deyil, bu artıq abırsızlıq və həyasızlıqdır. İndi hansı zamandı qız qaçırırlar deyənlər, baxın bu o zamandır ki, namusu belə pulla almaq olur. Belə şərəfsizliyi etmək üçün gərək adamın nəslində qız uşağı olmasın!
Bir gün sonra ata gəlir çıxır. Ata təbii namusunu düşünəcək. Mən şəxsən heç bir ataya arzulamaram bu halı. İndi ata hüquq mühafizə orqanına deyir ki, "ya qanunla onu cəzasını verin, ya da mən cəzasını verəcəm gəlib məni tutarsız.” DİN 102 xidmətinə, prokurorluğa şikayətlər olunub, amma bu iki "qəhrəman”ı tutub məsuliyyətə cəlb edən yoxdur. Üstəlik Polislə prokurorluq oğlanın vəkilliyini edirlər. "Ay nə bilim bu məsələni uzatmayın, ay düşmənçilik lazım deyil, qızınızı qaytarıblar daha nə istiyirsiz”.rr
Məncə bu kimi təfəkkürlə yaşayanın evindən beləcə saçından tutub qızını sürüyə-sürüyə qaçırsınlar ki, bu adamlar vəzifə səlahiyyətlərinin icrası zamanı millətin hissiyatı ilə oynamasınlar. 2016-cı ildə bu cür cinayətlərin baş verməsinin yeganə səbəbi, qanun keşikçisinin buna göz yummasıdır. Şəmkirdə bu cür hallar son dövrlər çox olur. Görünür gənclər məsuliyyətdən yayınmağın asan yolunu tapıblar.
İndi məsələnin ikinci tərəfi var. Adətən cür etinadsız yanaşma ucbatında biri türməyə getəli olduğu halda qəbrə, digəri evində oturmalı olduğu halda türməyə getdir. Mən bilirəm ki, DİN rəhbərliyi və Baş Prokurorluq bu cür hallara çox sərt mövqe sərgiləyir. Ona görə də xahiş edirəm ki, əyalətlərdəki əməkdaşlara tapşırın ki, hər şey satmaq-almaq olar amma namusun alverini etmək olmaz!!! Bunun Şəmkir üçün bariz nümunəsi var. Özü də uzaq tarix deyil.”

Administratorla əlaqə

077 611-55-22

[email protected]