Siyasət

İcra başçısı əhalini mitinqlərə sövq edir - Füzulidə

1-09-2016, 20:16
Füzuli rayonu məmur özbaşınalığının əlində əsir-yesir qalıb. Referendum ərəfəsində əhali üsyana təhrik olunur. Mərkəzi hakimiyyətdən narazı salınan rayon camaatı problemlər girdabında boğulur. Bu da Füzuli icra başçısı Alı Alıyevi narahat etmir...

Politika.Az-a müraciət edən bir qrup yerli sakinin sözlərinə görə, üçüncü devalvasiya insanların vəziyyətini ağırlaşdırıb. 

Rayonda kütləvi işsizlik böhranı yaşanır, vətəndaşlar arasında təşkilatlanma gedir. Sakinlər yarıtmaz idarəçiliyinə görə Füzuli rayon İcra Hakimiyyəti önündə toplaşaraq etiraz etməyə hazırlaşır. 

A.Alıyevin saymazyana fəaliyyətindən cana doyan əhali çıxış yolunu aksiyalarda görür. İlin əvvəlində sosial aksiyalara qoşulan Füzuli sakinləri unun bahalaşmasına etiraz etmişdi. 

O zaman etirazların istiqaməti dəyişdirildi və qurulan təxribatla yerli məmurlardan biri qurban verildi. Amma camaatın problemləri dəyişmədi, A.Alıyev narazılarə qbul edib dinləmədi. İndi yenidən analoji vəziyyət yaranıb. 

Süni bahalaşma dalğası, işsizlik, bürokratik əngəllər, dolanışıqda zülm çəkən yoxsul Füzuli əhalisi icra başçısının istefasını tələb edə bilər. 

Politika.Az-ın yaydığı xəbərə görə, bu mənzərənin yaranmasında birbaşa ittiham olunan A.Alıyev prosesin qarşısını almaq haqda fikirləşmir. 

Referendum ərəfəsində istənilən əyalətdə etirazların başlaması qonşu bölgələrə də sıçraya bilər. 

Bu isə hakimiyyətə ciddi şəkildə daxildə problemlər çıxarmaqdır. A.Alıyev isə sakinlərlə açıq görüş keçirmək, narazıları qəbul edib dinləmək əvəzinə öz şəxsi biznesini inkişaf etdirir. 

A.Alıyevin təkcə fermerlərə çatacaq subsidiyaları mənimsəməsi nəticəsində varidatının miqyasını şaxələndirib. Xəbərlərə görə, icra başçısı Şamaxı, Qobustan, rəhbəri olduğu Füzuli və Bakının Qaradağ rayonunda fermer təsərrüfatları, parniklər yaradıb. 

Bu gəlirli sahələrə nəzarəti isə ən yaxın adamlarına həvalə edib. Dövlət başçısının sahibkarlara dəstək verilməsi, iş yerlərinin açılması haqda göstərişlərinə A.Alıyev bu şəkildə addım atmaqla cavab verib. O, öz biznesini gücləndirməklə iş adamlarının, fermerlərin bazarında inhisarçıya çevrilib. 

Digər bir xəbər isə ondan ibarətdir ki, icra başçısı yol tikintisi üçün ayrılan xərclərdən də külli miqdarda vəsait mənimsəyib. Bu kapital isə başçının rayonda obyektlərini artırmağa kömək edib. 

Politika.Az xəbər verir ki, Füzuli rayonunda sahibkarlar Alı Alıyevin əlindən qan ağlayırlar. Şöhrət ordenli icra başçısı onların fəaliyyətini dondurub. Sahibkarlara göz verib işıq verməyən icra başçısı bu sahədə də prezidenti aldadır. 

Buna misal olaraq deyə bilərik ki, Horadizdə beton zavodu fəaliyyət göstərir, amma icra başçısı prezidentə həmin zavodun fəaliyyət göstərdiyini yalan məlumat verib. 

Götürük elə Zobcuq 2 qəsəbəsində ki, çörək sexini fəaliyyəti başçı tərəfindən dayandırılıb prezident isə elə bilir ki, Füzulidə çörək sexi var və fəaliyyət göstərir, xeyi sayda da insanlar orada çalışır və dolanırlar. 

Əslində isə bütün bunlar, yəni prezidentə verilən məlumatlar Alı Alıyevin frıldağının məhsuludur ki, prezidenti aldadaraq ona yalan məlumatlar verib. Götürüək elə dünyada brend olan"Qarabağ Broyler"i. 

Ölkə prezidentinin özünün açılışını etdiyi "Qarabağ Broyler” artıq öz fəaliyyətini dayandırıb. Məlumatlara görə, buranında dayandırılmasına səbəb məhz elə icra başçısıdır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]